Ərdoğanın həmləsi qonşunu təşvişə saldı – Dərhal nümayəndə göndərdilər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində bölgə ölkələrinin liderləri ilə keçirdiyi görüşlər dünyanın diqqət mərkəzinə düşüb. Türkiyə liderinin açıqlamaları ilə yanaşı, misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə əl sıxması da rezonans doğurub.

Görüşdən sonra bəyanat verən Misir Xarici İşlər Nazirliyi sözügedən əl sıxmanın Türkiyənin bu ölkə ilə əlaqələrini yaxşılaşdıracağını bildirib.

“Ərdoğan və Sisinin Qətərdə əl sıxması ikitərəfli münasibətlərin yaxşılaşmasının başlanğıcı olacaq”, – açıqlamada deyilib.

Gəlişmə Yunanıstanı panikaya salıb. Görüşdən sonra “Ta Nea” qəzeti Yunanıstan xarici işlər naziri Nikos Dendias, müdafiə naziri Nikolaos Panayotopulos və xarici əlaqələr naziri Miltiadis Varvitsiotisin bu gün Misirə gedəcəyini yazıb.

CNN-nin Afina bürosu da yunan hökumətinin Misirlə anlaşmağa çalışacağını bildirib. Anlaşma üçün hər şeyin hazır olduğunu qeyd edən telekanal Qahirə səfərinin təfərrüatlarından bəhs edib.

Bu addım Yunanıstanın Türkiyəni təqlid etdiyi ilk hal deyil. Ötən aylarda Liviya ilə Türkiyə arasında imzalanan enerji razılaşmasına dərhal reaksiya verən Dendiasın bu yaxınlarda Liviyaya bir neçə dəqiqəlik səfəri gərginliyə səbəb olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password