Türkiyədə “Kızılelma” pilotsuz döyüş təyyarəsinin testləri uğurla tamamlanıb

 

Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin istehsal etdiyi “Kızılelma” pilotsuz döyüş təyyarəsi avtomatlaşdırma və uçuş testini uğurla başa vurub.

Bu barədə “Report”un yerli bürosuna “Baykar” şirkətinin mətbuatla əlaqələr şöbəsinin müdiri İlker Akgüngör məlumat verib.

Qeyd olunub ki, Türkiyənin milli, orijinal və ilk pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.

“Kızılelma”nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

Radardan yayına bilən “Kızılelma” bütün İHA, SİHA və TİHA platformalarından, xüsusən də özündən əvvəlki TB2 və “Akıncı” platformalarından fərqlənir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password