Azərbaycan Dillər Universitetində autizmlə bağlı maarifləndirici tədbir keçirilib

 

Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin (BSİB) birgə təşkilatçılığı ilə 20 sentyabr 2022-ci ildə maarifləndirici seminar keçirilib.

Bu barədə Aktualinfo.org-a İctimai Birlikdən məlumat verilib.

Seminar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə BSİB-in həyata keçirdiyi “Autizm könüllüləri” layihəsi çərçivəsində baş tutub. Seminarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri və İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. Nigar Zeynalova sağlamlıq imkanları məhdud (SİM) şəxslərə olan xüsusi və həssas münasibətdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahə üzrə həyata keçirdiyi islahatlardan, birinci xanım Mehriban Əliyevanın sağlamlıq
imkanları məhdud uşaqlara göstərdiyi diqqət və qayğıdan, ADU-nun bu istiqamətdə reallaşdırdığı tədbirlərdən, İnklüziv Təhsil Mərkəzinin fəaliyyətindən, həyata keçirilən layihələr, həmçinin könüllülük, təcrübə mübadiləsi proqramından danışıb. Çıxışı zamanı N. Zeynalova bakalavriatura və magistratura səviyyələrində Korreksiyaedici təlim ixtisasının yaradılmasını, bu ixtisas üzrə təhsil alan tələbələrə Autizm adlı fənnin tədris olunmasını xüsusilə
vurğulayıb.
Seminarda “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin mütəxəssisi Nərmin Rəhimli autizmli şəxslərin davranış xüsusiyyətləri, onların təhsilinə düzgün yanaşma və ailələrə dəstək mövzusunda təqdimatla ətraflı çıxış edib.
Tədbirlərin məqsədi ictimaiyyəti autizm spektr pozuntusu haqqında məlumatlandırmaq və autizmli şəxslərə düzgün münasibət aşılamaqdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password