Təhdidləri İranın özünə təhlükə yaratdı – Bölgəyə gələn isim diqqət çəkdi

 

Son iki hadisəyə – İranın Oman körfəzində bir gəmiyə və Suriyadakı ABŞ qüvvələrinə raket hücumuna Amerika Mərkəzi Komandanlığından (CENTCOM) dərhal cavab verilib.

Bu barədə İsrailin “Yeursəlim Post” qəzeti yazır.

Cavablar baş verənlərin yoxlanılması və həmçinin təhdidlərlə bağlı müəyyənləşdirmə formasında gəlir. Bu, adi görünə bilər, amma faktlar göstərir ki, əvvəllər ABŞ-ın bu tip hadisələrə cavabı çox vaxt daha uzun çəkirdi.

Noyabrın 16-da CENTCOM “Şahid” tipli dronun Sakit okeanda “Zirkon” adlı ticarət gəmisinə zərbə endirməsi ilə bağlı geniş bəyanat yayıb.

Hücumda “Şahid” tipli dronların istifadə edildiyinə dair sürətli qərar vacibdir. Çünki bu pilotsuz uçan aparatlar (PUA) Rusiya tərəfindən Ukraynaya qarşı istifadə edilir və İran tərəfindən hazırlanır. Bu o deməkdir ki, İran bu dronlardan həm də ABŞ və onun regiondakı tərəfdaş qüvvələrinə qarşı da istifadə edir. Axır vaxtlar İranın belə mənfur fəaliyyətləri barədə məlumatlar artır.

Məsələn, İranın pilotsuz təyyarələri bundan əvvəl ABŞ-ın bölgədəki baza və obyektlərini, Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail və İraqı hədəfə alıb.

Belə bir həssas durumda CENTCOM komandanı, general Maykl Kurillanın İsrailə səfəri də diqqət çəkir. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, general səfəri zamanı İsrail ilə Livan arasındakı “Mavi Xətt” üzərindəki Roş Ha Nikra keçid məntəqəsini və Colan Təpələrində İsraillə Suriya arasındakı “Alfa xətti”ni ziyarət edib. Kurillaya “Hizbullah” terror təşkilatının bölgədə yaratdığı təhlükə və İsrail Müdafiə Qüvvələrinin bu təhlükəyə qarşı gördüyü tədbirlər barədə məlumat verilib.

İran və dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ-ın Suriyadakı qüvvələrini tez-tez hədəfə alırlar. Bu ilin əvvəlində ABŞ buna cavab olaraq hava zərbələri endirib. Bununla belə, İranın Rusiyaya pilotsuz təyyarələr ixrac etməsi, Tehranın təhdidlərinə diqqətin daha da artırılacağını göstərir. Bu, region üçün vacibdir. Çünki ABŞ-ın tərəfdaşlarının hamısı Vaşinqtonun bura daha çox diqqət ayırmasını istəyir.

İsrail nəşri CENTCOM komandanının İranın bölgə dövlətlərinə artan təhdidləri fonunda təsadüfən regiona gəlmədiyini yazır./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password