Qarabağda milyardlıq layihələr icra olunur: Yeni iş yerləri niyə açılmır?- Ziddiyyət
Məlum olduğu kimi, 2020-ci ilin noyabr ayının 8-də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edib.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra dağıdılmış şəhər və kəndlərin bərpası üçün dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Eyni zamanda özəl şirkətlərin də sərmayəsi bu işlərə cəlb olunur.
Maraqlıdır ki, işğaldan azad olunmuş torpaqlarda dəyəri yüzmilyonlarla ölçülən layihələrin icra olunmasına baxmayaraq, yeni açılan iş yerlərinin sayı əvvəlki illərdən çox-çox aşağıdır.
Müqayisə üçün son 8 ilin ilk yarılarında (yanvar-iyun) ölkədə açılan yeni iş yerlərinin sayını təqdim edirik:/yeniavaz.com
İllər | Cəmi iş yerləri | Yuxarı Qarabağ iq. r. | Kəlbəcər-Laçın iq. r. |
2015-ci il I yarımil |
60,6 min | 1,8 min | 0,4 min |
2016-cı il I yarımil |
93,1 min | 2,9 min | 0,6 min |
2017-ci il I yarımil |
174 min | 8,7 min | 0,5 min |
2018-ci il I yarımil |
122,3 min | 5,7 min | 0,2 min |
2019-cu il I yarımil |
92 min | 2,3 min | 0,07 min |
2020-ci il I yarımil |
84,8 min | 1,6 min | 0,2 min |
Qarabağ iq. r. | Şərqi Zəngəzur iq. r. | ||
2021-ci il I yarımil |
30,9 min | 0,3 min | 0,1 min |
2022-ci il I yarımil |
33,5 min | 0,3 min | 0,1 min |