Azərbaycandan tarixi qərar: “Nəhayət…”
“Azərbaycanın İsraildə səfirlik açmasına Tehranın qarışmaq hüququ yoxdur”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan-İsrail münasibətlərindəki son gəlişməyə diqqət çəkib:
“Azərbaycan nəhayət İsraildə səfirlik açmağa qərar verdi, Fələstində isə təmsilçilik olacaq. Balans qorundu. Azərbaycanın həm İsraillə, həm də Fələstinlə tərəfdaşlıq münasibətləri mövcuddur.
Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını Tehranın Azərbaycana qarşı artan təxribatları da sürətləndirdi. Buna qonşu ölkənin siyasətçiləri və dindarları yenə təxribatçı açıqlamalarla reaksiya verəcəklər. Cavabımız sadədədir: hansı ölkədə səfirlik açmaq məsələsi Azərbaycanın daxili işidir.
Necə ki, rəsmi Bakı İranın Qafanda konsulluq açılması qərarına qarışmadı. Halbuki bu, birbaşa Azərbaycan əleyhinə atımış addımdır, eləcə də Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına qarışmaq hüququ yoxdur”.
Azərbaycanın qərarı ilə bağlı məsələyə digər siyasi ekspert Asif Nərimanlının münasibəti isə belədir:
“Azərbaycan İsraildə səfirlik açır. Eyni zamanda, Fələstində təmsilçilik ofisinin açılması nəzərdə tutulur. Bununla Bakı İsrail və Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyur.
İsraildə səfirliyinin açılmamasının səbəblərindən biri də Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə İranın mövqeyinin nəzərə alınması idi. Amma molla rejiminin son davranışları göstərdi ki, onlar diplomatiyadan çox da anlamır. Ən doğrusu belə adekvat addımların atılmasıdır”./teleqraf.com