“Pensiya bu qədər artacaq” – Nazir 2023-cü ilin büdcəsindən danışdı

 

Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdir. Bu, cari ildən 10 faiz və yaxud 422 milyon manat artıqdır. Həmin məbləğin 3 milyard manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır ki, bu da cari ilə nisbətən 12,5 faiz çoxdur.

Bunu parlamentdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib .

Nazir bildirib ki, DSMF-in büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib. Bu, ümumi gəlirlərin 23 faizini təşkil edir:

“Xərclərin 97 faizi əhaliyə ödənişlərin payına düşəcək. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün 5 milyard 907 milyon manat və ya cari ildən 12 faiz, yəni 650 milyon manat çox vəsait ödənilməsi planlaşdırılır. Pensiya ödənişlərinin 650 milyon manat artması sosial rifahı daha da yaxşılaşdıracaq.

Gələn il Azərbaycanda orta göstərici ciddi şəkildə artacaq. Yaşa görə pensiyanın 450 manat ətrafında, ümumi pensiyanın isə 400 manatın üzərində olması planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatlar güclü qanunvericilik paketinin icrası və beynəlxalq təcrübənin tətbiqi nəticəsində mümkündür”.

Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi barədə məlumat verib:

“Fondun gəlirləri və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat olaraq planlaşdırılır. Fondun əsas fəaliyyət istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir.

Məşğulluq xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək. Ümumilikdə 17 min ailənin ölkə üzrə özünəməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır. Peşə hazırlığı istiqaməti üzrə isə 22 milyon manat vəsait ayrılıb.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password