Paşinyan sülhü əngəlləyən şərtlər qoyur – “Təklif belədir ki, Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq…”

 

“Detallı sülh sazişi bizə çətinliklər yarada bilər. Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də İrəvanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir. Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”.

Erməni mediasının xəbərina görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə “hökumət saatı”nda deyib. O, çərçivə sazişi modeli yanaşmasını, böyük konkretlik olmadan cızılan çərçivə sənədini nəzərdə tutduğunu sözlərinə əlavə edib. Baş nazir Qarabağın statusu məsələsinin niyə təhlükəsizlik və hüquq məsələsinə çevrildiyini də dolayısı ilə qeyd edib: “Bizim status deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsi irəli sürməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etməyimizdir”.

Rusiyanın təkliflərinə gəlincə, Paşinyan deyir ki, bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təklifə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq.

“Hakimiyyət bu razılaşmanı çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Ancaq korrektlik səbəbindən bu haqda danışmırdı. Rusiya Federasiyası Prezidentinə minnətdaram ki, bizə mövzunu izah etmək imkanı verdi”, – Paşinyan vurğulayıb.

Xatırladaq ki, Paşinyan Soçi görüşündən sonra deyib ki, sülhməramlıların müddətinin uzadılması təklifi rədd olunub. Ancaq ona da eyham vurub ki, Rusiya hərbi kontingentinin müddətinin uzadılmasına etiraz mexanizmi ləğv oluna bilər.

Paşinyan ümidvar olduğunu deyib ki, KTMT-nin noyabrın 23-də İrəvanda keçiriləcək sammitində Rusiyanın başçılıq etdiyi bu hərbi blok Ermənistanın mövqeyini aydın dəstəkləyəcək, Azərbaycan silahlı qüvvələrindən 2021-ci ilin mayında tutduğu mövqelərdən, Ermənistan ərazisindən çıxmasını tələb edəcək.

“KTMT bizə aydın dəstək verməliydi… Biz indi KTMT-ni Azərbaycanla müharibəyə təhrik etmək istəmirik. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və əlaqələrimizin gələcəyi məhz bu məsələyə bağlı olacaq”, – Baş nazir söyləyib.

Azərbaycanla Ermənistan arasında sentyabrın ortasında baş verən sərhəd toqquşmalarından sonra KTMT sərhədə faktaraşdırıcı missiya göndərməklə kifayətlənib. Həmin toqquşmalarda Ermənistan ölü və yaralı olaraq 500-ədək hərbçi itirib.

Paşinyan dünənki çıxışında Azərbaycanın tutduğu ərazilərdən çıxması qarşılığında tələbini də açıqlayıb: Bakı tələb edir ki, Ermənistan da işğal olunmuş ərazilərdən çıxsın, ancaq Paşinyan hansı ərazilərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Prezident İlham Əliyev sentyabr toqquşmalarından sonra Ermənistanın ərazi müdaxiləsi ittihamlarını rədd edib, sərhədlərin delimitasiya olunmadığını bildirib. “Bunu rədd etmirik. Niyə? Çünki dörd erməni kəndinin böyük hissəsi işğal olunaraq onların ərazisindədir. Konkret nümunə çəkə bilərək. Tavuş rayonunun Berkaber kəndinin əkin sahələrinin 70 faizə yaxını işğal olunub. Bu, 1991, 1992-1994-cü illərdə baş verib. Sərhəd xəttini, göstərdiyiniz xəttin hüquqi əsaslandırmasını göstərib. Bu halda biz də sərhəd boyunca nə Azərbaycan, nə də Ermənistanın işğal olunmuş ərazisinin qalmamasına gedə bilərik… Biz bu həll variantlarına getməyə hazırıq, bu məsuliyyəti üzərimə götürməyə hazıram”, – Paşinyan vurğulayıb.

Azərbaycan- Ermənistan müharibəsi başlayanda Azərbaycana aid Qazaxın yeddi və Naxçıvanın bir kəndi Ermənistanın, Ermənistana aid Başkənd isə Azərbaycanın nəzarətinə keçib. Beynəlxalq Böhran Qrupu bir müddət öncə yazırdı ki, Azərbaycan sentyabr toqquşmalarından sonra hazırda Ermənistanın nəzarətində olan səkkiz kəndi geri almaq üçün İrəvana təzyiq göstərə bilər.

Sülh sazişinin imzalanması müddətinə gəlincə, Paşinyan sülh sazişi bağlanana, yaxud qüvvəyə minənədək sərhədlərin delimitasiyasını bitirməyin real olmadığını söyləyib. Ancaq o, bu problemin həllini təklif edir: “Qoşunları geri çəkməklə 1990-cı ildə mövcud olanı gerçəkləşdirə bilərik. Qoşunları güzgü effekti şəklində geri çəkmək, monitorinq mexanizmi yaratmaq, sərhəd zonasında qoşun saxlamamaq, bu ərazini sərhəd xidmətinə vermək… bundan sonra sakit şərtlərdə delimitasiya prosesinə keçmək, bu isə bir neçə il çəkə bilər”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password