Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnanmə ilə bağlı hökumətə çağırış edib

 

Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnanmə ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.

Milli Məclisin qətnamə ilə bağlı noyabrın 16-da qəbul etdiyi bəyanatda qeyd edilir ki, Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

– Fransa hökuməti tərəfindən birtərflik təminatı verilməyənə qədər onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması;

– Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondulması;

– Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi;

– Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması;

– Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması;

– Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik, siyasi, insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərini beynəlxalq təşkilat çərçivəsində qaldırılması;

– İƏT çərçivəsində Fransanın islamafobiya siyasəti məsələsinin gündəliyə çıxarılması;

– Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkofobiya siyasətinin gündəliyə çıxarılması.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password