“Bayden ABŞ-ı alçaltdı, rüsvay etdi, zəiflətdi” – Tramp

 

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Tramp çıxışında “Amerikanın geri dönüşü indi başlayır” deyərək, iki il əvvəl ABŞ-ı “qızıl dövr”ünə hazır vəziyyətdə təhvil verdiyini bildirib.

O, rəhbərliyi dövründə iqtisadiyyatın görülməmiş şəkildə inkişaf etdiyini, Çin, Rusiya, İran və Şimali Koreyanın xarici siyasətdə ABŞ-a, xüsusən ona hörmət etdiyini deyib:

“Uzun müddət, onilliklər ərzində müharibə olmadığı bir dövr – bunu edən ilk prezident oldum. Dünya sülh içində idi. Amerika çiçəklənirdi və ölkəmiz parlaq gələcəyə doğru gedirdi. Çünki mən Amerika xalqına böyük vədlər vermişdim və digər prezidentlərdən fərqli olaraq vədlərimə əməl etdim. Bizim rəhbərliyimiz altında böyük və şanlı xalq idik. Bu, çoxdan görmədiyimiz bir şey idi”.

Tramp Co Bayden administrasiyası dövründə ölkənin tənəzzülə uğradığını iddia edib:

“Milyonlarla amerikalı üçün Co Baydenin hakimiyyəti altındakı son iki il ağrı, çətinlik, narahatlıq və ümidsizliklə keçdi. ABŞ alçaldıldı, rüsvay edildi, zəiflədi”.

“Mən prezident olsaydım, Ukrayna böhranı heç vaxt baş verməzdi” deyən Tramp Baydenin xarici siyasətini sərt şəkildə tənqid edib.

“Amma biz bu gün belə olmasının lazım olmadığını bəyan etmək üçün buradayıq. Biz iki il əvvəl böyük xalq idik və tezliklə yenidən böyük xalq olacağıq. Amerikanın süqutunu bizə Bayden və hökumətimizi çökdürən radikal sol çılğınlar yaşadır. Bu çöküş bir tale deyil”.

ABŞ-da keçirilən son sorğuda “2024-cü il prezident seçkilərində kimin namizədliyini irəli sürmək istərdiniz?” sualına cavablarında respondentlərin 69 faizi Trampı, 24 faizi isə Florida qubernatoru Ron De Santisi göstərib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password