Ərdoğanın mühafizəsini gücləndirin! – Rus ekspertdən şok

 

İstanbulda terakt – Türkiyə cəmiyyətinə və iqtisadiyyatına (turizmə) və artıq faktiki olaraq prezident seçkisi kampaniyasına başlayan Rəcəb Tayyib Ərdoğana zərbədir.

Bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko İstanbulda baş verən terakta münasibətində qeyd edib.

O bildirib ki, bu terror həm də Türk Dövlətləri Təşkilatının bu yaxınlardakı (TDT-nin son Zirvə Görüşü 11 noyabrda Səmərqənddə keçirilib – red.) uğurla keçirilmiş sammitinə xarici maraqlı tərəflərin reaksiyasıdır:

“Teraktın əsas benefisiarı anqlosakslardır, baxmayaraq ki, cinayətkarlar qaranlıqda istifadə edilə və ya “saxta bayraq altında” fəaliyyət göstərə bilərdi”.

Türk xalqına dərin hüznlə başsağlığı verən Korotçenko təcili tədbirlər üçün də çağırış edib:

“Mütləq şəkildə Türkiyənin təhlükəsizliyi, xüsusən Ərdoğanın mühafizəsi, “Türk axını” kəmərinin qorunması tədbirləri gücləndirilməlidir. Bu haqda dəfələrlə çağırışlar etmişəm”.

Qeyd edək ki, ötən həftə rusiyalı tanınmış aparıcı Solovyov da Türkiyə lideri Ərdoğana sui-qəsd ola biləcəyi haqda ehtimalını səsləndirmişdi./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password