İran Təbrizdə düşmən ölkənin konsulluğunu niyə açır?

 

Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı danışıb. Xatırladaq ki, bir neçə gün öncə İran Qafanda konsulluq açıb. Amma Ermənistanın Cənubi Azərbaycanda konsulluq açması azərbaycanlılar tərəfindən bir mənalı qarşılanmayacaq. Azərbaycan da buna adekvat cavablar verəcək.

GünAzTV-nin təsisçisi, siyasi fəal Əhməd Obalı açıqlamasında bildirib ki, İran Ermənistanın Azərbaycanda- Təbrizdə konsulluq açmaq fikrini Azərbaycana qarşı bir basqı kimi, hədə-qorxu kimi istifadə edir. Hələ ki, konsulluğun açılacağı gözlənilmir. Amma ola da bilər. Konsulluq açılarsa, İranın xərci ilə olacaq. Çünki, Ermənistanın bunun üçün vəsaiti yoxdur, amma, bu da İranın işidir. Cənubi Azərbaycanlılar üçün bəlkə də yaxşı bir fürsət olacaq ki, istədiyimiz zaman Ermənistan konsulluğunun qarşısında etiraz aksiyaları keçirilsin. Əslində bu da daha çox Təbrizin əmniyyətini və sabitliyini dağıda bilən bir məsələ olacaq.

“Bu səbəbdən də, mən hələ inanmıram ki, tezliklə orada konsulluq açılsın. İkincisi, bu konsulluğun açılması, İranın hər hansı məsələyə görə Azərbaycanın daxilinə ordu çəkməsi və ya müdaxilə etməsi mənasına gəlməz. Çünki, İranda o güc yoxdur. İran bilir ki, orada 30 milyonluq azərbaycanlının kiçik bir qismi Azərbaycanın tərəfini tutacaq. Hətta, 0,01-0,02 faiz azərbaycanlılar Azərbaycan dövlətinin tərəfini tutarsa, İran onunla heç bir zaman bacara bilməz və rejimin dağılmasına şərait yaradar. Bu baxımdan İranın Azərbaycana müdaxilə etmə gücü praktik olaraq yoxdur” – deyə Obalı bildirib. Onun sözlərinə görə, İran Azərbaycana müdaxilə edə bilməsə də, Azərbaycanın daxilində təxribat apara bilər. Bu təxribatlar “Hüseynçilər”-in əli ilə, təlim verib göndərdiyi təxribatçıların əli ilə baş tuta bilər.

Siyasi fəal qeyd edib ki, İranın bu addımın qarşılığı olaraq, Azərbaycan İranla sərhəd şəhərlərdə xarici ölkələrin konsulluğunun açılmasına şərait yaratmalıdır. İcazə verməlidir ki, Biləsuvarda və Lənkəranda, hətta Horadiz də belə, Zəngilanda xarici ölkələrin konsulluğu açılsın.

“İsrailin konsulluğu Biləsuvarda açılsa, Amerikanın konsulluğu Lənkəranda açılsa, Türkiyənin konsulluğu Zəngilanda açılsa biz də İrana belə cavab vermiş olarıq. Əliboş qalmış olmarıq” – deyən Əhməd Obalı hesab edir ki, əslində Azərbaycanın da əli boş deyil. Azərbaycan adekvat cavab verməyi bacaracaq gücdədir. Siyasi fəal hesab edir ki, əslində, Azərbaycanın təhlükəsizliyi üçün, təhlükəsizliyini daha da möhkəmləndirmək üçün sərhəd şəhərlərində başqa xarici ölkələrin konsulluqlarının açılması çox yaxşı olar.

P.S. Burada deyiblər “Allah insanı düşməndən deyil, ikiüzlü dostdan qorusun”. Biz Ermənistanın, erməninin düşmənimiz olduğunu beşikdən öyrənmişik. Amma bizə heç bir zaman “İran düşmənimizdir” deyilməmişdi. Hətta dostluq münasibətlərimizin olduğu deyilir, İranın düşmənlik etdiyi ölkələrlə münasibətlərimizi də ehtiyyatla qururduq ki, dostumuzun xətrinə dəyməyək. Artıq görünür İran maskasını çıxarmağa qərar verib. Nə deyirik ki, düşmənlərimizi gec də olsa tanımaq heç tanımamaqdan daha yaxşıdır. İran unutmamalıdır, orada yaşayan 40 milyon biz varıq. Və bizim qarşımızda durmaq o qədər də asan olmayacaq bu dəfə…/ bizimyol.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password