“Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

Nizami Kino Mərkəzində baş tutan tədbirdə Prezident Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qeyri Hökumət Təşkilatlarının, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal rəhbərləri, millət vəkilləri, sayt rəhbərləri, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri iştirak edib.

Mərasimdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, layihə çərçivəsində azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatlar, tanınmış şuşalılardan müsahibələr, həmçinin işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığ mənəvi dəyəri yüksək olan əşyalarla bağlı foto və məqalələr dərc edilib. Lalə Azərtaş qeyd edib ki, https://loveshusha.com saytının fəaliyyəti layihə bitdikdən sonra da davam etdiriləcək.

Mərasimdə, həmçinin layihə çərçivəsində çap olunan “Şuşa 270” adlı nəşr təqdim edilib. Layihə rəhbəri bildirib ki, üç – azərbaycan, ingilis, və rus dillərində, yüksək keyfiyyətlə çap olunan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.

Təqdimat mərsimində layihə çərçivəsində lentə alınan “Şuşanın 270 anı” bədii-sənədli film haqqında məlumat verilib. Layihə rəhbəri Lalə Azərtaş bildirib ki, film təxminən 50 nəfərlik yaradıcı heyətin səyi ilə ərsəyə gəlib. Film peşəkar komanda tərəfindən ən son texnoloji avadanlıqlarla lentə alınıb. Azərtaş vurğlayıb ki, filmdə Natəvanın uşaqlıq illərini Vətən Müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb.

Qeyd edək ki, filmin qəhrəmanı Natavan adlı 35-36 yaşlarında xanımdır. Əslən Şuşalıdır, Fransada yaşayır. Fotoqrafdır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. 20 yaşında ikən anasını itirib, xaricə köçüb. Filmdəki hadisələr xətti Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərdən sonra cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə – görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Film daha geniş auditoriyaya ingilis dilində subtitrlərlə yayımlanacaq.

Mərasimin sonunda layihə çərçivəsində lentə alınan “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password