Nazir: “Azərbaycan indiyədək 1 700-dən artıq erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib”

 

“2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra Azərbaycan tərəfi onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən artıq erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı bir məlumat yoxdur:

“2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password