Qobustan polisi quldur dəstəsinə vəkillik edir – DİN-ə şikayət
Qobustan rayonu, Təklə kəndində yaşayan fermer Məhərrəmov Əfqan tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Prezidentinin köməkçisi Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Qobustan rayonun Təklə kəndinə aid 100 ha örüş sahəsini qanunsuz ələ keçirən Kərimov Nazar, oğlu Seyran, Əziz və Kamran qohumlarından ibarət silahlı quldur dətəsinin onu və çobanı Rövşəni vəhşicəsinə döyməsindən və bu faktın Qobutan Rayo Polis Şöbəində ört basdır edilməsi barədə müraciət ünvnlanıb.
Aktualinfo.org vətəndaş Əfqan Məhərrəmovun göstərilən dövlət orqanlarına müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Təkrar xaırladım ki, mən, Əfqan Məhərrəmov dədə-babadan ömür boyu heyvandarlıq təsəsrrüfatı ilə məşğul olmuşuq. Qışlaq dövründə cənub regionunda- Hacıqabul rayonundakı qışlaq ərazilərində, yay vaxtı isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə ailəmizlə birlikdə birtəhər güzəran edirik. 2019-2022-ci illərdə bizim 400 baş xırdabuynuzlu heyvanları yaylaq otlaqda otarıb indi də yaşayış evimiz olan Qobustan rayonun Təklə kəndinə gətirib müvəqqəti olaraq Acıdərə adlanan ərazinin yaxınlığında yerləşən və kəndimizə məxsus 100 ha örüş sahəsinə bu gün gətirdiyim zaman həmin ərazini zəbt etmiş Kərimov Nazar, oğlu Kərimov Seyran, Kərimov Əziz, Kərimov Kamran, Qəhrəmanov Qurban adlı qohumlardan ibarət qoçu dəstəsi kəndimizə daxil olan qoyunlarımı vəhşicəsini döyə döyə 17 oktyabrda səhər örüş sahəsindən çıxardılar. Çobanım olan Abdullayev Rövşən Abdulla oğlunu da üstünə tökülüb vəhşicəsinə döyüblər. Mənim çobanım anadangəlmə lal və kardır. Bu quldur dəstəsini qandıra bilməyib ki, onun heç bir günahı yoxdur. Aldığı xəsarətlərə görə hazırda evdə müalicə alır. Sabah həkimə aparacağam. Nazarın oğlu Seyran adlı qoçu isə səbəbsiz yerə mənim mobil telefonuma zəng edərək hədələyir, ağzına gələn söyüşlərlə təhqir emişdir.
Oktabrın 17-də baş vermiş dava ilə, çobanımın vəhşicəsinə döyülməsinə və qoyunlarımın qəddarcasına vurularaq sahədən çıxarılmaı ilə bağlı DİN-nin 102 xidmətinə 2 dəfə zəng etmişəm.
Budur, 17 oktyabr axşam sahədən pərən salınan qoyunlarımı yığıb evə gətirmək istərkən Kərimov Nazarın quldur dəstəsi- oğlu Seyran, Kamran və Əziz üstümə hücum edərək hərəsi bir tərəfdən məni vəhşicəsinə döyməyə başladılar. Mən təkidim müqavimət göstərməyə gücüm çatmadı. Onlar əsasən başıma zərbələr endirdiər. Yerə yıxıldım. təpikləməyə başladılar. Yaxşı ki, özərində olan qanunsuz ov tüfənglərindən istfadə edib məni öldürmədilər. Kəndiizdə də çoxları bilir ki, bu adamlarda qanunsuz Kalaşnikov avtomat silahı da var. 1-c Qarabağ Mühaibəsi dövr ələ keçiriblər. Onu da xatırladım ki, 1 satdan sonra ayılıb sürünə sürünənə NİVA avtmobilimə minib evə getdim. Ağrılardan səhə həkimi tapa bimədim. Səhər Qobustan Polis Şöbəsinə gəlib şikayət etdim. Mənə həkim ekspertdən keçmək üçün sənəd verdilər. Həkim müayinə edib bədənimdə çoxsayl əziklərin olduğunu bildirdi. Rentgenin cavabına görə isə sümüklərimdə sınıqlar aşkar emədi.
Hadisədən keçən 10 gün müddə ərzində Qobustan polisi mənə zəng vurub xahiş minnət edi ki, gəli qarşı tərəflə barışın, eyni kənddə yaşayırınız və s. boş boş sözlər. Mən başa düşmürəm ki, kənddə vahiməli adamar kimi tanınan silahlı quldur dəstəsini Qobustan Polisi niyə vəkillik edir. Ona görə də iki üç gün qabaq da İN 102 xidmətinə yenidən zəng edib Qobusta Polisidən narazılığımı bildirdim Və xahiş etdim ki, mənim şikayətimə Şamaxı Polisi baxsın.
DİN-dən də 29 oktyarda rəsmi cavab yazırlar ki, sizin şikayəti baxılması üçün Qobstan Polis Şöbəsinə göndərmişik. Lazım deyil.
Ona görə də çox hörmətli Prezident, cənab İlham Əliyev və daxili işlər naziri cənab Vilayət Eyvazov. Sizlərdən çox xahiş edirik ki, məni və çobanım Rövşəni vəhşicəsinə döyüb ağır vəziyyətə salan Kərimovlardan ibarət slahlı quldur dəstəsi barədə Şamaxı Polisi vasitəsilə qanuni tədbrlər görülməsinə göstriş verəsiniz. Sağ olun.
Aktualinfo.org