İranın sərhəddə informasiya oyunu: radioelektron vasitələrlə… – Qarşısı necə alınmalıdır?

 

İran Azərbaycanla sərhəd bölgələrdə efir və radio məkanını zəbt edib. Sərhəd bölgələrdə İran radio, TV, mobil və hərbi yönümlü xidmətlərə bilərəkdən maneə yaradır. Uzun illərdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə zidd olaraq İran bu mövqeyindən əl çəkmir. O özünün bütün radioelektron vasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirməkdə davam edir. Buna qarşı BTİ-nin bəlli qaydaları var. Sərhəd ölkələri bir-biri ilə bunu koordinasiya etməli, tənzimləməlidir.

Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

O hesab edir ki, qonşu ölkələrə radielektron dalğaların nə qədər keçməsi, həcminin nə qədər olması məsələsi aydınlaşdırılmalıdır:

“Təəssüf ki, uzun illərdir İran bu qaydalara əməl etmir. İran öz növbəsində bu məsələ ilə bağlı qarşılıqlı olaraq koordinasiya işlərinin aparılmasına imkan vermir. Bunun əksinə İran Azərbaycanla sərhəddə olan redioelektron vasitələrini qəsdən elə yerləşdirib ki, onun dalğaları az qala Bakıya çatır. Ölkəmizin cənubunda İrana məxsus redielektron dalğalar daha geniş ərazini əhatə edir. Bu da sözsüz ki, bilərəkdən edilən işdir. Çünki bu koordinasiya edilsə, tənzimlənsə, onun dalğaları məhdud bir ərazini əhatə edərdi. Bu mənada məsələ ilə bağlı bütün məsuliyyət İranın üzərinə düşür”.

Osman Gündüzə görə, Azərbaycanın dövlət qurumları bu məsələyə ciddi diqqət yetirməlidir:

“Hətta bununla bağlı Azərbaycan tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqi ilə əlaqəli şəkildə iş aparmalıdır. BTİ-nin radio tənzimləmə orqanı var. Çox təəssüf ki, orada uzun müddət Azərbaycandan nümayəndə olmayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən burada Azərbaycanın nümayəndəsinin təyin edilməsi mümkün olub. Həmin nümayəndəmiz BTİ-i qarşısında bu məsələni qaldırmalıdır. Bunun nəticəsində BTİ-nin nümayəndləri İranın Azərbaycanla sərhəd bölgələrinə gəlib buradakı redioelektron vasitələrin tezliyinin yayım dərəcəsini koordinasiya etməlidir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password