İranın əsas qorxusu odur ki, Zəngəzur dəhlizi açılandan sonra… – Babək Muğanlı

 

“Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdən dərhal sonra Tehrana gedib İran Prezidenti ilə görüşdü. Bunların hamısı bəlli prosesdir. Ancaq İran bilməlidir ki, o, heç vaxt Qafqazda at oynada bilməz, bu, mümkün olan iş deyil”.

Bunu açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.

O qeyd edib ki, İran 30 il ərzində Ermənistana yarıgizli, yarıaşkar köməklik edib. İşğal altında olan torpaqlardakı evlərin qapı-pəncərələrinədək hamısı sökülərək İrana daşınıb: “İranın cənub sərhədlərimizə qoşun yığması, hətta Arazın üzərindən körpü salması Azərbaycana göz dağı çəkməkdir. Ancaq onun təsəvvürünə gətirmədiyi hallar İranın qarşısına çıxa bilər. Bizim torpaqlarımız işğal altında olduğu dövrdə, o sərhədlərin hamısı İrana doğru açıq idi. Arazın qırağından, hardan uyğun bilirdilərsə, ordan da keçirdilər. Bunlar sanki doğma qardaşdır. Qaça-qaça gəlib Qafanda konsulluq açırlar. Konsulluq binası da alayarımçıqdır, suvağı belə qurumayıb. Demək, bunların hamısı Azərbaycana qarşı yönəlib. Son günlərdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İranda qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfərin istintaqa cəlb olunması İranın Azərbaycanla bağlı təxribatçı əməllərdən əl çəkmədiyini göstərir. Bu gün İran Azərbaycana mesaj göndərir ki, Ermənistanın ərazi bütövlüyü mənim qırmızı xəttimdir. “Quran”da deyilir ki, hər bir müsəlman müsəlman qardaşının fəryadını eşidib ona kömək etməsə, o, müsəlman deyil. Zəngilanda, Cəbrayılda azərbaycanlılar nə fəlakətlədən keçdilər, 48 saat ərzində azərbaycanlıları çıxartdılar. İran Azərbaycana nə yardım edib? Burada din adı altında 30 il ərzində adamların beynini yuyub. Burda heç bir qardaşlıqdan söhbət gedə bilməz. İran Azərbaycanı sevməyən əsas ölkələrdəndir”.

Babək Muğanlı bildirib ki, Azərbaycan xalqı ayıq olmalıdır: “İran Ermənistana nəql etdiyi qazın həcmini iki dəfə artırıb: “Maliyyə dəstəyini artırır, texniklər göndərir, Ermənistanı silahlandırır. Sanki öz dövlətidir. Onların hər ikisi Azərbaycana qarşıdır. Necə olur ki, 30 il ərzində bu sərhədlər sənin qırmızı xəttin deyildi, indi qırmızı xəttin oldu? Hansı müsəlmanlıqdan, hansı dindən danışırsan? İran Azərbaycana qarşı təxribat törətmək, özünü daxildəki fəlakətdən qurtarmaq istədi, ancaq Azərbaycanın dəmir yumruğu ilə qarşılaşdı. Zatən bunu edə də bilməzdi. Çünki orada bizim 40 milyon azərbaycanlımız yaşayır. Orada bir fişəng partlasa, burada ikinci “Hərbi qənimətlər parkı” açılacaq”.

Həmsöhbətimiz daha sonra deyib: “Əgər İran müsəlmandırsa, Azərbaycan da müsəlman qardaş olmalıdır: “Sən şiəlikdən danışırsansa, Azərbaycan sənin şiə qardaşındır. Ermənistanı nə qədər dəstəkləmək olar? Ermənistan Zəngəzur dəhlizini verəcək, o yol açılacaq. İranın əsas qorxusu odur ki, o yol açılandan sonra Azərbaycan bütövləşəcək, Azərbaycanın sərhədi bütövləşəcək. Naxçıvana, oradan Türkiyəyə qədər böyük bir Turan yolu açılacaq. İranın yeganə qorxusu budur. Sərhədləri bağlaması, belə canfəşanlıq etməsi, erməniyə elə can yandırması bununla bağlıdır”.

Güney Azərbaycanlı soydaşımız sonda onu da bildirib ki, İranda 200 minə yaxın erməni yaşayır, onların orta məktəbləri, digər tədris müəssisələri, dini mərasim azadlıqları var: “Ancaq azərbaycanlılar öz yaşadıqları məhəllələrdə belə Azərbaycan dilində kurs açarsa, gəlib onları tuturlar. Beynəlxalq Ana Dili Günündə camaat tədbir keçərəndə gəlib onları aparırlar, ancaq ermənilər orda hər cür azadlığa malikdirlər. İranın yaratdığı bu düşmənçiliyin tüstüsü yalnız İranın gözlərinə gedə bilər, başqa heç kimin gözünə gedə bilməz. Bu gün cənab prezidentin şəkilləri Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində yayılır, divarları bəzəyir. Bu, görünməmiş bir haldır. Yazırlar ki, möhtərəm prezident, biz sizin arxanızdayıq, biz sizinləyik və axıradək sizinlə birgəyik. Yəni oradakı xalqımız da molla rejiminin cavabını verib”./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password