İmran Xana sui-qəsd: Yaralıdır, vəziyyəti…

 

Pakistanın Vəzirabad şəhəri yaxınlığında keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi etiraz yürüşü naməlum silahlı şəxs tərəfindən atəşə tutulub.

Bu barədə “Geo” kanalı məlumat yayıb. Kanalın məlumatına görə, avtomobilinin atəşə tutulması nəticəsində İmran Xan ayağından yaralanıb. Keçmiş baş nazirin tərəfdarlarından 5 nəfərin də yaralandığı bildirilir.

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb. Onun kimliyi hələ ki, açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, – hökumət başçısı tviterdə yazıb.

Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password