Ermənistanda güclü proses gedir, müharibə olacaq – Boşyan

 

ABŞ gərgin geosiyasi vəziyyətdən istifadə edərək Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrində agentlər şəbəkəsi yaratmağa çalışır.

Bunu İrəvan Geosiyasi Klubunun rəhbəri Arman Boşyan deyib.

“Biz Ukrayna böhranının kəskinləşməsi ilə bağlı dünyada tektonik dəyişikliklərin şahidi oluruq. Rusiya Ukrayna cəbhəsində kifayət qədər yüklənib və təsadüfi deyil ki, USAİD Ermənistanda yeni agent təsir şəbəkəsi yaradır, xüsusən də nəzərə alsaq ki, Ermənistan hökuməti 2018-ci ildən bəri qərbyönlü vektoru izləyir. Əgər ABŞ Ermənistan hökumətində təsir agentləri şəbəkəsi yarada bilsə, bu, Ermənistanın Rusiya ilə əlaqəsini kəsməyə və Amerikanın regionda maraqlarını qorumağa kömək edəcək. Üstəlik, Cənubi Qafqazda həll olunmamış məsələ Qarabağ problemi deyil, Rusiya qoşunları məsələsidir. Bu gün Qarabağa hansısa statusu verən Rusiya sülhməramlılarıdır. ABŞ-dan fərqli olaraq Rusiyanın hərbi təsir faktoru var: Qarabağdakı sülhməramlılar və Gümrüdəki 102-ci Rusiya hərbi bazası. Bu da təkcə hərbi deyil, həm də siyasi rol oynayır. Niyə indi gəldilər? Çünki burada Qarabağda rus qoşunlarının olması məsələsi var. Ermənistan bu gün İran, Qərb, Rusiya istiqamətlərində balanslaşdırılmış kimi görünsə də, əslində qərbyönlü siyasət yürüdür. Faktiki olaraq 2018-ci ildən Ermənistan rusiyayönlü siyasət yürütməkdən əl çəkib”, – Boşyan bildirib.

O qeyd edib ki, Amerikalılar Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətməyə çalışırlar:

“ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Ermənistana səfəri indi məhz bununla bağlıdır, səfər geosiyasi dəyişiklik məsələsini həll edir. Qərb Ermənistan elitasına hakimiyyəti saxlamaqla bağlı müəyyən vədlər verib. KTMT-nin fəaliyyətinə gəlincə, hazırda təşkilat böhran yaşayır və onun regionda qalması böyük sual altındadır. Bütün olanlardan bir nəticə çıxarmaq olar: Ermənistanda Rusiya və İranın təsirini zəiflədən güclü proses gedir. Bu, son dərəcə təhlükəlidir, çünki müharibəyə gətirib çıxaracaq. İran da öz maraqlarını qorumaq üçün müharibəyə başlaya bilər. Bu vəziyyətdə Ermənistan rəhbərliyi, təəssüf ki, vəziyyəti adekvat qiymətləndirmir, Baş nazir Nikol Paşinyan sadəcə olaraq buna uyğunlaşır. Qərbyönlü mövqe fəlakətli nəticələrə gətirib çıxara, gələcəkdə asılılıq yarada, ərazi itkilərinə və iqtisadi çöküşə səbəb olacaq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password