ABŞ-la F-16 danışıqları hansı nöqtədədir? – Akardan açıqlama
“ABŞ-la F-16 hərbi təyyarələrinin tədarükü ilə bağlı danışıqlar davam edir”.
Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.
“Dörd görüş keçirmişik, indiyədək baş tutan təmaslarda bizə dəstək olduqlarını bildiriblər. Konqres məsələsi də var. Nümayəndə heyətimiz daim ABŞ-da müxtəlif təmaslardadır. Problemləri aradan qaldıracaqlarını deyirlər. Bu davam edən bir prosesdir.
Bu, yalnız Türkiyə üçün vacib deyil, NATO da güclü olmalıdır. Son dərəcə vacib bir nöqtədə olan müttəfiq hər cəhətdən güclü olmalıdır. F-16 yeganə həll yolu deyil”, – nazir söyləyib.