Tehran Paşinyana “aşiq olub”: İran Ermənistana nə vəd edir?
Soçi görüşündən dərhal sonra üzünü İrana tutan Ermənistan baş naziri Nikol Paşinyan bu dəfə qonşusunun ziyarətinə böyük nümayəndə heyəti ilə təşrif buyurub. Artıq faktdır ki, iki ölkə arasında münasibətlər Ermənistan müstəqillik əldə etdikdən bəri məhz indi pik həddə çatıb. Fars molla rejimi ilə məğlub Ermənistan arasında qarşılıqlı səfərlər və ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Hətta şiə məzhəbli İran müsəlman məscidlərini donuzlar üçün məskənə çevirən bir dövlətin xətrinə Azərbaycanla sərhəddə hərbi təlimlər belə keçirir. Keçirilən təlimin əsas məqsədinin isə rəsmi Bakıya mesaj vermək və onu hədələmək olduğu bəllidir.
Maraqlıdır ki, Azərbaycan torpaqları 30 il işğal altında qalandan bəri susan İran bir milyondan artıq müsəlman qardaşları ev-eşiyindən didərgin düşəndə də ağzına su alıb susdu. Və elə ki, Azərbaycan tarixi ədaləri bərpa etdi, o zaman səsini çıxardı. Və ncə çıxardı- işğalçı dövlətin müdafiəsinə qalxdı. Azərbaycana qarşı hədyanlar yağdırdı, ən yüksək səviyyədə hədələyici bəyanatlar yer aldı. 21 oktyabrda isə İran Qafanda tez bazar baş konsulluq açdı, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi elan etdi və s. Qarşılıq olaraq da Ararat Mirzoyan Təbrizdə konsulluq açmaq istəklərini dilə gətirdi. Sözsüz ki, Azərbaycanın İranla sərhədini tamamilə işğaldan qurtararaq öz nəzarətinə götürməsi Tehranı vahiməyə salıb. İran Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və türk dünyasının birləşəcəyindən qorxur.
Ermənistana gəldikdə, Nikol Paşinyan əsl xəyanətkar simasını tam çılpaqlığı ilə nümayiş etdirərək ağlasığmaz addımlar atmaqdadır. Gah Qərbə üz tutdu və Fransa vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışdı. Ancaq bu cəhd alınmadı və Makronun, Fransa rəsmilərinin bir sıra açıqlamalarından sonra məsələ səngidi. İndi Paşinyan son ümid yeri kimi İrana üz tutur və molla rejiminin dəstəyi vasitəsilə istəyinə nail olmağa çalışır. İran həmişə Azərbaycanın maraqlarına qarşı çıxıb və ermənipərəst siyasət yürüdərək 30 il ərzində Azərbaycan ərazilərinin işğalına əməli dəstək verib. İranın əvvəlki rəhbərləri də Ermənistanın əli Azərbaycan xalqının qanına batmış rəhbərlərini, rəsmi şəxslərini xüsusi canfəşanlıqla qarşılayıblar, iki xalqın dostluğu, qardaşlığı haqqında bəyanatlar veriblər, ortaq maraqlardan danışıblar və onların reallaşdırılmasına çalışıblar.
Təsadüfi deyil ki, bu, Paşinyanın İrana artıq üçüncü səfərdir və əvvəlki səfərlər zamanı da İran rəhbərliyi Ermənistana dəstək, qırmızı xətt barədə bəyanatlar verəcək. Lakin Azərbaycan ictimaiyyəti İranın riyakar simasını aydın görür və son hadisələr də bizi əmin edir ki, İran İslamın, müsəlmanların yanında deyil, müsəlmanlara qarşı qətliam törədənlərin, məscidləri, məbədləri yerlə-yeksan edənlərin yanındadır./milli.az