“Qarşıda kritik iki ay var…” – “Soçi görüşündə baş verənlər hələ başlanğıcdır”
“Rusiyanın əlindən gələni etməsinə baxmayaraq, onun gündəliyindəki mövzuların heç biri üzrə nəticəyə gəlmək mümkün olmadı. Azərbaycan və Ermənistan sərhəddində 45 minlik İran ordusu, Xankəndində keçirilən mitinq və qonaqlara qarşı edilən iyrəncliklər belə nəticə vermədi”.
Bunları politoloq Fərhad Məmmədov Soçi görüşünün yekunlarını şərh edərkən deyib.
Ekspert hesab edir ki, baş verənlər sadəcə başlanğıcdır: “Rusiya öz mövqelərini bərpa etməyə çalışır, amma sülh müqaviləsi prosesinin qaçılmaz olması ilə bağlı reallıqları qəbul etməli olacaq. Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Rusiya Prezidentinin qeyd etdiyi kimi, sülhməramlıların taleyi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesindən asılı olacaq. Yəni söhbət Laçındakı nəzarət-buraxılış məntəqəsindən gedir. Bu müddət ərzində təbii ki, vəziyyəti dəyişməyə cəhdlər olacaq, təzyiqlər başlayacaq. Ermənistanda daha çox rusiyapərəst qüvvələr və Qarabağ ermənilərindən istifadə oluncaq. Ancaq Soçi görüşü və qəbul olunan “dişsiz” bəyanat bu qüvvələrin tempini aşağı saldı. Qarabağ erməniləri də öz talelərini Rusiya ilə bağlayacaqlarını düşünürdülər. Gəlin, bundan sonra Rusiyanın fəaliyyətinin trayektoriyasını izləyəcək: Vardanyan bu şəraitdə Xankəndində nə edəcək?”
Avropa İttifaqından olan 40 “Apokalipsis atlıları” – müşahidəçilərin, Paşinyanın təbirincə desək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın pozulmuş ərazi bütövlüyünə yönəltməsi yeganə nailiyyət hesab oluna bilər”, – o qeyd edib. F.Məmmədov hesab edir ki, noyabr ayı “isti” keçəcək: “Bu aya Brüsseldə XİN başçılarının, sülh müqaviləsi üzrə ekspert qruplarının, sərhəd komissiyasının görüşləri və liderlərin sammiti planlaşdırılıb. Güman etmək olar ki, Soçinin “dişsizliyindən” sonra İranın fəallığı azalacaq. İranın bölgədəki gərginliyə arxa fon dəstəyi işə yaramadı. Qafandakı baş konsulluq, Ermənistanla yeni razılaşmalar, Azərbaycanla problemlər, bəyan edilmiş mövqe – İran burada dayanacaq. Bəli, Ermənistan rəhbərliyi özü İranın fəaliyyətindən məmnun deyil. Tehranın regiondan kənar qüvvələrin prosesə cəlb edilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyi Paşinyanın Qərblə əlaqələrini buxovlamağa yönəlib. İran yalnız bölgədə böyük hadisələr baş verəcəyi təqdirdə fəaliyyətini bərpa edə bilər. Ciddi hadisələr deyəndə dövlət çevrilişinə cəhdi və ya genişmiqyaslı eskalasiyanı nəzərdə tuturam”.
Politoloq qeyd edir ki, Ermənistanda yaxın gələcəkdə hakimiyyətin müəyyən siyasi təşkilatlarda həbslər aparması, qadağalar tətbiq etməsi və bunu isə dövlət çevrilişinə cəhd fəaliyyətilə əlaqələndirməsi mümkündür. Onun sözlərinə görə, bunun üçün hüquqi və təşkilati işlər artıq görülüb.
Fərhad Məmmədov vurğulayır ki, bu gündən kritik iki aya start verilir: “Azərbaycan Ermənistanla Qarabağ erməniləri arasında fərq qoyub. Bölgədəki bütün vasitəçilər, maraqlı tərəflər bu reallığı qəbul etdilər. “Qarabağ münaqişəsi” ilə bağlı kim nə deyirsə-desin, sənədlərdə belə bir şey yoxdur və olmayacaq. Bakı vahid gündəmlə hər iki danışıqlar platforması üzrə mövzuları və irəliləyişləri fərqləndirməyə davam edir”./azpolitika.info