Markov: Paşinyan Paris naminə Soçidə oyun oynadı…
Soçidə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın arasında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə aparılan danışıqlarda yalnız iki Cənubi Qafqaz ölkəsi arasında sülh məsələsi müzakirə edildi. Bu da o deməkdir ki, Qarabağ məsələsi artıq gündəmdə deyil.
Bu fikirlərlə tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov çıxış edib.
“Danışıqların əsas mövzusu sülh müqaviləsi ətrafında idi, yəni Ermənistan Qarabağın Azərbaycan olduğunu artıq tam olaraq qəbul etdi. Soçidə tərəflər kompromis axtarırdılar. Tapa bilmədilər. Bu o deməkdir ki, Ermənistan Rusiya əvəzinə Fransa və ABŞ-ı vasitəçi kimi prossesə cəlb edəcək. Növbəti danışıqlar Soçidə deyil, Parisdə olacaq”, – deyə o qeyd edib./axar.az