“Həm İlham Əliyev, həm də Paşinyan Putinə qırmızı kart göstərdi” – Politoloq

 

“Soçidəki üçtərəfli görüş nəticəsiz oldu. Tərəflər arasında baxışlarda 180 dərəcə fərqlər var. Bunları bir günün içində Soçidə görüşməklə həll etmək mümkün deyildi”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Soçi görüşünün yekunlarını şərh edərkən bildirib.

Siyasi şərhçi Rusiya Prezidentinin “bəzi məsələləri razılaşdıra bilmədik” sözlərini xatırladaraq qeyd edib ki, bu, Azərbaycanın xeyrinə olub: “Çünki o razılaşdıra bilmədikləri məsələ, çox güman ki, elə bizə aid idi və bizə təzyiq vasitəsi idi. Putin Valday Forumunda çıxışında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi, Qarabağı mübahisəli ərazi kimi dəyərləndirdi”.

Ekspert hesab edir ki, hazırda Azərbaycan üçün ən faydalı Avropa İttifaqı formatıdır: “Bu, Azərbaycan Prezidentini də razı salır, Ermənistanın Baş naziri üçün də faydalıdır. Dörd görüş keçirilib və beşinci bu ay keçiriləcək və sülh sazişi üzərində iş gedir. Sadəcə Rusiya buna mane olmağa çalışacaq”.

Politoloqun fikrincə, V.Putinin həmin görüşünün əsas hədəfi hər hansı nəticə əldə etmək deyildi, hamıya “burada əsas söz sahibi mənəm” mesajını vermək idi: “Amma faktiki olaraq dünən həm İlham Əliyev, həm də Nikol Paşinyan Putinə qırmızı kart göstərdi. İlham Əliyev görüşdən əvvəl faktiki olaraq dedi ki, mən bura Qarabağ məsələsini müzakirə etmək üçün gəlməmişəm. Yəni, hər iki tərəf Putinin vasitəçiliyində maraqlı olmadıqlarını göstərdi”. azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password