Bakı Slavyan Universitetinin autizmlə bağlı maarifləndirici tədbir keçirilib

 

Bakı Slavyan Universitetinin (BSU) və “Birgə və Sağlam” İctimai Birliyinin (BSİB) birgə təşkilatçılığı ilə 1 noyabr 2022-ci il tarixdə BSU-nun tələbələri və müəllim-professor heyəti üçün autizm haqqında maarifləndirici seminar keçirilib.

Bununla bağlı Aktualinfo.org-a İctimai Birlikdən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BSİB-in həyata keçirdiyi “Autizm könüllüləri” layihəsi çərçivəsində baş tutub. Tədbiri giriş sözü ilə açan BSİB-in əməkdaşı Fərid Süleymanov BSİB-in autizm maarifləndirmə sahəsində, həmçinin autizmli şəxslər və onlarınailələrnin sosial rifahənın yaxşılaşması üçün görülən işlərdən, dövlətin busahəyə olan qayğısından bəhs etdi. Daha sonra BSİB-in nəzdində fəaliyyət göstərən Autizm Mərkəzinin mütəxəssisi Şəbnəm Əfəndiyeva autizm haqqında geniş təqdimatla çıxış etdi və iştirakçıların suallarını cavablandırdı.
Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirildi və bu qəbildən olan məlumatlandırıcı seminarların silsilə şəklidə olmasının zərurəti vurğulandı.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password