“Türkiyənin hərbi müdaxiləsi şərtləri dəyişə bilər” – Şok iddia
Türkiyə və Liviya arasında imzalanan kritik önəmə malik karbohidrogen sazişinin əks-sədaları davam edir.
Qərb mediası gizli telefon dinləmələri ilə bağlı imicinə xələl gətirən Yunanıstan hökumətinin Türkiyə-Liviya razılaşmasına hazırlıqsız yaxalandığını yazır.
“Politico” nəşrinə danışan amerikalı professor Rayan Gingeras diqqətçəkən açıqlama verib. Gingeras bu razılaşmanın Türkiyə ilə Yunanıstan arasında müharibə olacağı anlamına gəlmədiyini, amma bunun mümkün qarşıdurma riskini artırdığını bildirib.
“İndi güc balansı əvvəlkindən daha çox Türkiyənin xeyrinədir. Türkiyə 2016-cı ildən bəri dəfələrlə müharibəyə girib və qalib gəlib. Bir çox cəbhələrdə hərbi müdaxilələrlə siyasi şərtləri dəyişdirə biləcəyini göstərib”, – professor deyib.
Gingeras Türkiyənin Agey və Aralıq dənizlərinə qazma gəmiləri göndərməsinə də diqqət çəkib:
“Razılaşma Ankaranın Egey və Şərqi Aralıq dənizlərində daha iddialı iştiraka malik olmaq kimi uzunmüddətli hədəfinə xidmət edir”.
Gingeras Yunanıstanın ərazi sularının Egeydə 12 milə qədər uzadılması ideyasının ağılsız seçim olacağını da vurğulayıb.