Rusiya çıxılmaz durumda: ən böyük bazarını itirdi – Ümid iki ölkəyədir

 

Rusiya Avropanın qaz bazarında mövqelərini itirmək üzrədir. Əgər ötən illərdə Avropa İttifaqının Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib. Bəzi ölkələr isə ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər, ilin başlanğıcından qaz ehtiyatlarını başqa ölkələrdən idxal hesabına doldurublar.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri bildirirlər ki, Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi:

“Hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasında baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.

Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkət gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu Rusiyanın maraqlarına cavab vermir.

Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“un qaz nəqli 40 faizdən çox azalıb. Bu, təxminən 59 milyard kubmetr qaz deməkdir. Bu ilin sonu üçün “Qazprom”un itkiləri daha da artacaq. Bu səbəbdən Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadçılar Sibirin qaz infrasturktunun inkişafına xərclərin azaldılmasının vacibliyini bildirirlər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq.

Buna baxmayaraq, Rusiya Çinə “Sibirin gücü – 2” boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustan ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıqca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq. Çin Rusiya qazını ucuz almağa çalışacaq. “Qazprom” Avropada həm bazarını, həm də gəlirlərini itirir”.

Təhlildə qeyd edilir ki, Rusiya İran üzərindən Pakistan bazarına da çıxış əldə etmək istəyir:

“Pakistanın qaza tələbatı var. Ona görə bəzi ekspertlərin fikrincə, Rusiya İran və Pakistanla qaz anlaşmaları imzalaya bilər. Ancaq bu layihənin reallaşması üçün zaman lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password