İranın təhdidləri qarşısında ittifaqlar yaradılır – İsrailin müdafiə naziri

 

Türkiyə və İsrail arasında ikitərəfli əməkdaşlıq və dialoqun artması bəzi məsələlərdə, xüsusən Fələstin məsələsində fikir ayrılığının həllini asanlaşdıracaq.

Bu barədə İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə münasibətlərinin gələcəyi ümidverici görünür.

“Lakin bu, dünyada və regionda sabitliyin və təhlükəsizliyin qorunmasında ümumi maraqlarımızdan asılıdır. Gələcəkdə əməkdaşlıq üçün çoxlu sahələr var. Bura bölgəmizdəki mübahisələrin diplomatik həllinə nail olmaq da daxildir”, – Qantz vurğulayıb.

İsrailli nazir Yaxın Şərq və Şərqi Aralıq dənizində baş verən hadisələrə də diqqət yetirib.

“İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir. Heç şübhəsiz ki, NATO üzvü və ortaq dostumuz ABŞ-ın müttəfiqi olan Türkiyənin qlobal sabitliyin təmin olunmasında mühüm rolu var. Yunanıstan, Kipr və Körfəzdəki dostlarımızla güclü tərəfdaşlığımızı davam etdiririk və Türkiyə ilə əlaqələrimiz də müsbət istiqamətə yön alıb. Əslində, biz körpülər qura və münaqişələri bütün tərəflərin xeyrinə azalda bilərik. İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Müzakirələrimizdə razılaşdırıldığı kimi, komandama işimizi artırmaq üçün lazımi prosedurlara başlamağı tapşırdım”, – Qantz əlavə edib./apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password