İsrail İranın Rusiyaya PUA satdığını sübut etdi – Foto
İsrail Prezidenti İshaq Hersoq Rusiyanın Ukraynada İran PUA-dan istifadə etdiyini təsdiqləyib. O bildirib ki, İranın satdığı pilotsuz təyyarələr ukraynalıları öldürür.
Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Ukraynada günahsız dinc sakinlər ölür, yaralanır və İran silahlarından əziyyət çəkirlər”, – məlumatda deyilir.
O, Ukraynada vurulan pilotsuz təyyarələrin fotosunu nümayiş etdirib:
“Vurulan pilotsuz təyyarələrin gövdəsi və mühərriklərinin şəkilləri İranın öz pilotsuz təyyarələrini Rusiyaya satdığını sübut edir. Bu, 2021-ci ilin dekabrında İranda təqdim olunan “Şahid-136” pilotsuz təyyarəsidir, dronun quyruğuna və qanadlarına baxın və onu Ukraynada tapılanlarla müqayisə edin. Bu, tamamilə eyni məhsuldur, lakin kiril hərfləri ilə gizlədilib (şəkildə Geranium-2 yazılıb – red.), hətta şrift də tam eynidir. İsrail hakimiyyəti çoxlu sübuta malikdir və İranın yalanlarını ifşa etmək üçün onları təqdim etməyə hazırdır. Dünya bu həqiqəti ortaya qoymalı və İrana bu sualları verməlidir. Beynəlxalq birlik İran nüvə bombası istehsalını sürətləndirərkən və eyni zamanda başqa dəhşətli işlər görərkən, onunla danışıqlar apara bilərmi?”
Qeyd edək ki, Hersoqun ABŞ-a səfəri zamanı bununla bağlı bütün dəlilləri təqdim edəcəyi gözlənilir./axar.az