“Əliyev Nikola elə bir tələ hazırlayıb ki…” – Tarasov

 

Hazırda regionda güclü proseslər gedir. Qərbdən gələn müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində; İran isə sərhəddə genişmiqyaslı hərbi təlim keçirir… Bu qarışıq oyunda Əliyev Paşinyanın bütün kartlarını açdıra bildi və Putinin vasitəçiliyi ilə geçiriləcək Azərbaycan-Ermənistan-Rusiya samitinə əlidolu gedəcək.

Bu fikirləri erməni mətbuatına müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov bildirib.

“Moskvada hər şey tam olaraq Bakının istədiyi kimi olacaq. Putinin vasitəçiliyi ilə bir çox görüşlər keçirilmiş və bu görüşlər mühüm razılaşmaların əldə olunmasına gətirib çıxarmışdır. Amma tezliklə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh sazişinin imzalanmasının iki ili tamam olacaq. Bu iki il ərzində heç bir əhəmiyyətli iş görülməyib, baxmayaraq ki, görüşlər, danışıqlar, elanlar olub, komissiyalar formal olaraq hazırlanıb, amma onlar da sanki dalana dirəniblər. İstənilən halda, gözlənilən görüş həddən artıq qeyri-adidir, çünki Moskva onun nailiyyətlərinin Brüssel tərəfindən özəlləşdirilməsinə başlandığı, Brüssel adlandırılan platformanın meydana çıxdığı bir vəziyyətlə üzləşib. Brüssel formatı erməni təşəbbüsüdür! İrəvanın regionda Rusiyanın nüfuzunu zəiflətmək niyyətini artıq Kreml yaxşı bilir. Rusiyada baş tutacaq görüş Paşinyan üçün “haqq-hesab” zamanı olacaq.

Onu da qeyd edim ki, amerikalı analitiklərin analizlərinə əsasən, Bakı və İrəvanın razılığa gəldikləri hansısa qapalı plan mövcuddur, təfərrüat açıqlanmır, lakin bildirilir ki, Əliyev bu danışıqlarda müəyyən dərəcədə qabaqcıl mövqedədir. Məndə belə təəssürat yaranır ki, Bakı Paşinyana elə tələ hazırlayıb ki, ordan heç kəs çıxa bilməz…” – deyə o qeyd edib.

Qeyd edək ki, Əliyev-Putin-Paşinyan görüşünün bu ay keçiriləcəyi gözlənilir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password