“Bakıya dua, İrəvana PUA siyasəti” davam edir
Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib: əsas silah təchizatı Rusiya olan İrəvan 44 günlük müharibədə ağır zərbə alan hərbi arsenalını gücləndirmək üçün İran və Hindistan kimi üçüncü ölkələrə üz tutur.
İrəvanın hərbi baxımdan özünü bərpa etmək cəhdləri həm hazırda regiondakı proseslər, həm də perspektivdə yenidən təhdidlər yaratması baxımından Azərbaycanın maraqlarına uyğun deyil. Hərçənd, Azərbaycan Ordusunun arsenalında olan Türkiyə istehsalı “Bayraqdar” və İsrail istehsalı dronlarla müqayisədə İran dronları daha zəifdir, xüsusilə dağ relyefində döyüşlərin aparılması baxımından. Və Türkiyənin yeni istehsalı olan “Akıncı”nı hərbi arsenalımıza daxil etməyə hazırlıq da Azərbaycanın gücünü qat-qat artıracaq.
Burada İranın Azərbaycana dua, Ermənistana PUA göndərməsi siyasəti də yenidən gündəmə gəlir./axar.az