“ABŞ-ın dördulduzlu generalı Bakıdan günü 5 min dollara iş təklifi alıb” – “The Washington Post”

 

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın yüzlərlə təqaüdçü hərbi məmuru xarici hökumətlərdə yüksək maaşlı işlərə başlayıb, bəzən yeddi rəqəmli maaş alırlar.

Araşdırmada 2015-ci ildən bəri 500-dən çox təqaüdçü hərbçinin əksəriyyətinin Şimali Afrikada və ya Yaxın Şərqdə, o cümlədən Səudiyyə Müdafiə Nazirliyində məsləhətçi kimi işlə başladığı qeyd olunub.

“Bu iş həm də yüksək gəlirlidir. Məsələn, Avstraliya hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş yüksək rütbəli məmurlarına 10 milyon dollardan çox məsləhət haqqı təklif edib. Azərbaycanda isə ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalına gündə 5 min dollara məsləhətçi işi təklif olunub”, məqalədə qeyd olunur.

“The Washington Post” müqayisə üçün iyirmi ildən artıq xidmət stajı olan dördulduzlu generalın ildə 203,600 dollara qədər əsas maaş aldığını göstərir.

Araşdırmada vurğulanır ki, Səudiyyə Ərəbistanı ABŞ-ın ən azı 15 istefada olan general və admiralını ölkənin müdafiə nazirliyinə məsləhətçi kimi işə götürüb.

Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış təqaüdçü general Ceyms L. Cons Səudiyyə Ərəbistanı ilə müqavilələri olan Virciniya ştatında yerləşən iki konsaltinq firmasına – “Ironhand Security LLC” və “Jones Group International LLC”yə malikdir.

General “The Washington Post”-a verdiyi müsahibədə Tramp administrasiyasının onu ölkənin Müdafiə Nazirliyindən daha çox müqavilə qəbul etməyə çağırdığını deyib. Cons bildirib ki, onun şirkətlərinin Ər-Riyadda 53 ABŞ vətəndaşı ilə dörd belə müqaviləsi var. Onlardan səkkizi istefada olan general və admiral, 32 nəfər isə keçmiş aşağı səviyyəli hərbçidir. Digər hərbi qulluqçular isə İndoneziya və ya Birləşmiş Ərəb Əmirliklərində iş tapıblar.

Qanunvericiliyə görə, ən azı 20 il xidmət etmiş və pensiya almaq hüququ olan, təqaüdə çıxmış ABŞ hərbi qulluqçuları açıq razılıq olmadan xarici hökumətlərdən məsləhətlər, hədiyyələr, vəzifələr və ya titullar, ödəniş ala bilməzlər.

Bununla belə, “The Washington Post” yazır ki, 2015-ci ildən bəri 500 müraciətdən təxminən 95%-i təsdiqlənib. Nəşrin yazdığına görə, cəzadan çox az istifadə olunur.

Keçmiş ABŞ hərbçisinin xarici hökumətdən qonorar aldığına görə cəzalandırılması ilə bağlı ən diqqət çəkən hadisələrdən biri Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flindir.

“”The Washington Post”un yazdığına görə, Müdafiə Nazirliyinin araşdırması Flinin hərbi xidmətdən tərxis olunduqdan bir il sonra, 2015-ci ildə Rusiya və Türkiyə mənbələrindən təxminən 450 min dollar aldığını üzə çıxarıb. 2017-ci ilin dekabrında Flin Rusiya səfiri ilə əlaqələri barədə FTB-yə yalan söyləməkdə təqsirli bilinib. Tramp Flini 2020-ci ilin noyabrında əfv edib./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password