Vüqar Əhmədov-Kamil Hüseynov tandemi Azərişıq ASC-ni hara aparır?-Büdcə pulları kimlərin” cibinə axır”!?

 

Büdcə vəsaitinin xərclənməsi ilə bağlı ictimai rəylə yanaşı, yüksək dövlət instansiyalarında müşahidə olunan gəlişmələr, son illər hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keşirdiyi əməliyyatlar, yüksək çinli dövlət məmurlarının həbsi və s. bu sahədə hələ də ciddi problemlərin varlığının isbatı kimi görünür. Məsələyə cənab prezidentin dəfələrlə toxunması-dövlət vəsaitinin xərclənməsində qiymət şişirtmələri, mənimsəmələrdən danışması və məmurlara xəbərdarlığı isə problemin ciddiliyini stimullaşdıran başlıca faktordur. Amma, belə görünür ki, dövlət satınalmalarında problemlərin həlli ya mümkünsüzdür, ya da hələ “bu xəmirin çox su aparacağı” qətidir.
Hələ də görk olamayan Səlim Müslümov epizodu
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham olunan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova elan olunan ittihama görə, o, yüksək vəzifədə işlədiyi müddətdə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. İttihama görə, sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alıb. S.Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev və digər vəzifəli şəxslər ilə əlbir olaraq öz qulluq mənafeyindən istifadə edib şəhid ailələrinə evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismini mənimsəyib. Belə ki, həmin evlərin bir çoxunun tikintisi üçün tender elan olunub, qalib gəlmiş şirkətlərin hesabına dövlət büdcəsindən vəsait ayrılıb. Sabiq nazirin himayədarlığı ilə “Nicat” MMC və “Real H” MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb. Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib. Ən dəhşətlisi isə o oldu ki, əksər MMC-lərin təsis olunmasından və “fəaliyyətlərindən” təsisçlər xəbərsiz olub. Bütün bu əməllərə görə S.Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.
“Azərişıq” ASC-də Kamil Hüseynov “kabusu”

Müşahidələr və redaksiyamıza daxil olan məlumatlardan belə göünür ki, Müslümov-Cəbiyev cütlüyünün aqibəti “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla onun müşaviri Kamil Hüseynovu da gözləyir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Vüqar Əhmədov tələbə yoldaşı Kamil Hüseynovu özünə müşavir təyin etməklə hər cür üstün imtiyazla təmin edib, məşhur filmdə deyildiyi kimi, “külli-ixtiyarı verib ona, o da fır-fır fırladır”. V. Əhmədov özünün prezident olduğu avarçəkmə federasiyasına da Kamili vitse-prezident təyin etdirib. Qeyd olunur ki, Kamil Hüseynov “Azərişıq” ASC-nin tenderlərini bilavasitə özünün sahibi olduğu şirkətlərə ötürür və bu yolla da dövlətin investisiya layihələrindən küllü miqdarda haram kapital əldə edir. Hətta “Azərişıq” ASC-dən tender “udmaq” məqsədi ilə yeni bir şirkərin-“ENERJI CONSTRUCTION” MMC-nin yaradıldığı da deyilir… 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınan və cəmi 100 manat nizamnamə kapitalına malik olan bu şirkətin qanuni təmsilçisi Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vəzifə tutub. O, ötən ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib. Təbii ki, heç kimi hansısa yaxşı əməlinə görə azad etmirlər… O da maraqlıdır ki, Ş.Mollayev “ENERJI CONSTRUCTION” MMC-ni təsis etdikdən 17 gün sonra işdən çıxarılıb. Həmin məmurun işdən çıxarılmasının şirkət yaratması ilə əlaqəli olub-olmadığı barədə isə hər hansı məlumat yoxdur… “ENERJI CONSTRUCTION” MMC “Azərişıq” ASC-nin ən yaxın tərəfdaşı kimi tanınır… Google üzərindən bir axtarış yetər ki, bu “əməkdaşlıq” sayəsində müxtəlif vaxtlarda, müxtəlif məbləğdə büdcə vəsaitinin transferinin şahidi olaq. “Azərişıq” ASC-nin dəyəri milyonlarla ölçülən tenderlərin “qalibi” məhz “ENERJI CONSTRUCTION” MMC-dir. Xüsusi ilə son illər işğaldan azad olunmuş ərazilərdə… Təbii ki, Kamil Hüseynov “işgüzarlığı” sayəsində. (Bu haqda qarşıdakı günlərdə. Red.) Eyni zamanda Kamil Hüseynov bir neçə mənzil tikinti kooperativinin sahibidir. O “Akkord Azər-Yurd” MMC-nin sahibi, “Azər-Yurd” MMC-nin və “Deutsche Fassaden Technologien” MMC-nin direkoru olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur. Mətbuat üzərindən aparılan araşdırmaya görə “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu.(https://xalqxeber.az/agenda/83530-agalar-veliyev-bu-ishde-de-brncdr-lgnc-syah.html) Kamil Hüseynov yaratdığı MMC-lərin müyəyyən bir qismini qardaşlarnın adına sənədləşdirib. Hansı ki MİDA-ya məxsus binaları tikən qardaşı Əli Hüseynov “Əlihüseyn” MMC-nin qanuni təmsilçisidir. Digər qardaşı Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan “KOMBARO-AZERLAND” MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan “DİZAYN” MTK-nın direktoru olub.(https://teref.az/manset/255269-kamil-huseynov-dovlet-qurumunda-gizlense-de-ittiham-var.html) Məlum olduğu kimi, Kamil Hüseynov “Akkord”un çökməsində də əhəmiyyətli rol oynayıb. Mediatv.az” redaksiyasına daxil olan məlumata görə, Kamil Hüseynov yaxın adamlarının adına qeydiyyatdan keçirdiyi “Sevinc-M” MMC adlı tikinti şirkəti yaradıb və “Azərişıq”dan çırpışdırdığı pulları özünün tikinti biznesinə transfer edir.

Belə ki,“Sevinc-M” MMC hazırda Bakının Nərimanov rayonunun Faiq Yusifov küçəsində gözdən əlillərin binasının qonşuluğunda bir neçə göydələn tikməklə məşğuldur. 1 m2-nin qiyməti 1600-1800 manat arasında olan qoşa binadan əldə olunan qazancın məbləğini hesablamaq niyyətindən uzağıq… Bu və digər məsələlərlə bağlı suallara aydınlıq gətirmək məqsədilə “Azərişıq” ASC-nin +994 12) 440-39-93 telefon nömrəsinə zəng vursaq da, hər hansı məsul şəxslə danışmaq cəhdimiz alınmadı. Mövzunun davamı olacaq./mediatv.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password