Türkiyədən qalxan “Tayfun” qonşunu silkələdi – Ölkə təşvişdə

 

Türkiyənin dünən sınaqdan keçirdiyi yerli ballistik “Tayfun” raketi Yunanıstanda panikaya səbəb olub.

Ölkə rəsmiləri və mediası Türkiyəni hədəf alan şərhlər veriblər.

Türkiyənin ballistik raket atması ilə bağlı danışan Yunanıstan hökumətinin sözçüsü Yannis Oykonomu bunu Prezident Rəcəb Tayyib Ərdoğanın “gələcək plan”ı ilə əlaqələndirib.

Yunanıstan rəsmisi ölkəsinin həmişə Türkiyəyə eyni tonda cavab verməkdən çəkindiyini də etiraf edib. Eyni zamanda, Türkiyəni bölgədə gərginliyi artırmaqda günahlandırıb.

“Ta Nea” qəzeti Türkiyənin “Tayfun” ballistik raketini sınaqdan keçirməsinə manşetdə yer verib. Eyni zamanda, yunan nəşri türk mütəxəssislərin “Tayfun”la bağlı şərhlərini də dərc edib.

“Türkiyə təhlükəni necə qaldırır” sualını verən “Ta Nea” yazır: “Raketin qət etdiyi məsafə İzmirlə Afina arasındakı məsafənin iki qatıdır”.

“Kathimerini” qəzeti isə Türkiyə rəsmilərinin layihə ilə bağlı məlumat verməkdən imtina etdiyini vurğulayaraq proyektin ciddi məxfilik şəraitində həyata keçirildiyini bildirib.

“Skai” televiziyası raket sınağını “Güc nümayişi” başlığı ilə tamaşaçılarına təqdim edib.

“Eleftherostypos” qəzeti isə raket sınağı ilə bağlı bunu yazıb: “Bu, bütün qonşu dövlətlərin hərbi dairələrində dərin narahatlığa səbəb oldu”.

Nəşr “Tayfun” layihəsinin ciddi məxfiliklə davam etdirildiyini vurğulayıb.

“Proto Thema” qəzeti baş verənlər haqda “Yunanıstan təsir dairəsində” vurğusunu edib.

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin “Tayfun” raket layihəsi çərçivəsində dünən yerli vaxtla saat 07:00 radələrində Rizədə ballistik raket sınağı həyata keçirib. Raket hədəfi uğurla vurub./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password