Sərhəddə növbəti hərbi əməliyyatlar qaçılmazdır

 

Azərbaycanın Ermənistanla sərhədin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətlərində hərbi əməliyyatları bərpa etməsi üçün əsaslar yaranır.

Ermənistandan son zamanlar sərgilənən mövqe, hərbi-siyasi dairələrin revanşist tutumu Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edə bilər.

Son günlər Ermənistan sərhəd zolağında Azərbaycan mövqelərini atəşə tutur, yəqin etmək mümkündür ki, Azərbaycan ordusu nəinki Laçın, Kəlbəcər, Daşkəsən istiqamətindəki, eləcə də Tovuz, Gədəbəy, Qazax zonasına yönələn atəş nöqtələrini də susdurmaq qabiliyyətini nümayiş etdirəcək.

İndi ən çox gərginlik sərhədin Daşkəsən zolağında müşahidə edilməkdədir, hərbi cəhətlərlə bunun izahı odur ki, Azərbaycan hərbçiləri həmin istiqamətdə sürətli möhkəmlənmə işləri ilə yeni mövqelər qururlar.

İkinci bir cəhətə diqqət çəkməkdən ötrü isə sentyabrda sərhəddə baş verən genişmiqyaslı toqquşmaların nəticələrinə vurğu edilməlidir.

Azərbaycan rəsmi şəkildə hələ də sentyabr döyüşlərinin hansı ərazi nailiyyətləri ilə nəticələndiyini açıqlamayıb, bu, hərbi məzmunla o deməkdir ki, həmin ərazilərdəki bərkimə işləri tam yekunlaşmayıb və İrəvandan bufer zonaya dair təhlükəsizlik təminatları hələ də alınmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın raeallaşması gözlənilən Zəngəzur dəhlizinə dair ikibaşlı açıqlamalarla çıxış etməsi də Azərbaycana güc tətbiqi üçün arqumentlər verir və Bakı bu işdə üçtərəfli bəyanatın tərəflərindən olan Rusiyanın da məsuliyyətini xatırlatmaq haqqına sahibdir.

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı quru əlaqəsinin dəhliz məntiqi ilə təmin edilməsi beynəlxalq oyunçuların da marağında olduğundan Bakının Türkiyənin strateji müttəfiqlik dəstəyi ilə koridoru açmaq tələblərinə qarşı prinsipial qlobal dirəniş yoxdur.

İran isə sadəcə iqtisadi habın sərhəd dəyişikliyi ilə yekunlaşmasını istəmir ki, bu da prinsipial bir hədd sayıla bilməz.

Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasına reaksiya olaraq hərbi təmayülləri göstərsə, ortaya çıxa biləcək siyasi gərginliklər tablosu ABŞ-Rusiya qarşıdurması kimi rənglənəcək.

Yəni, məsələ qlobal güclərin Azərbaycanın yarada biləcəyi nəticələrdə nə qədər pay sahibi olmaq uğrundakı yarışından gedir, yoxsa, Fransanı çıxmaq şərtilə nə ABŞ, nə Britaniya, nə Rusiya, nə də Çin Azərbaycana qarşıdır.

Fransanın mövqeyi isə daha çox Rusiyanın maraqlarına işləyir, hərçənd ki, Paris buna Moskva ilə gərgin münasibətlər fonu verməyə çalışır.

Hər nə olursa-olsun, ya zəlzələdən, ya da vəlvələdən Azərbaycan beynəlxalq konyunkturadakı qeyri-stabillik səbəbindən özünün sərhəd təhlükəsizliyini təmin etməyə məcburdur.

Gələcək risklərdən sığortalanmaq və Ermənistanı onun xarici havadarlarının qucağında durmaqdan cəsarətlənib təxribatlar törətməməsi üçün Azərbaycanın yeni əməliyyatlar keçirəcəyi ehtimalları çoxalır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password