Kredit faizləri niyə yüksəkdir?

 

Banklara  kreditlə  bağlı  müraciətlər çoxalıb. Çünki insanların problemləri və ehtiyyacları artıb. Bəs kreditlərin faiz dərəcələri necədir? Çünki bu qədər təlabat fonunda hazırda faizlər çox yüksəkdir.

Xəzər Xəbər xəbər verir ki, kimisi gündəlik tələbət üçün, kimisi biznes üçün, kimisi problemlərinin həlli üçün banklara üz tutur. Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı artır.

İqtisadçi ekspert Əkrəm Həsənov deyir ki, kreditlə bağlı müraciətlər pandemiya dönəmindən sonra daha da artıb. Çünki, iqtisadiyyat dirçəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar, – deyən iqtisadçı kredit faizinin yüksək olmasının 3 əsas amilini açıqlayıb:

İkinci səbəbə gəlincə banklar və bank olmayan kredit təşkilatları Mərkəzi Bankdan bərabər şəkildə kredit götürə bilmirlər.

Əkrəm Həsənov qeyd edib ki, hər bir ölkədə kredit faizi kredit riskinin göstəricisidir.

Əkrəm  Həsənov deyir ki,  kredit alan və verən tərəflərin zaman-zaman müxtəlif ziddiyyətli fikirlərinin şahidi oluruq. Kredit verən təşkilat gəlirlərin aşağı olmasından gileylənir. Müştərilər isə bahalıqdan narazıdır. Əslində hər iki tərəf özlüyündə haqlıdır. Belə ki, depozit faizləri kreditin faizlərinə bilavasitə təsir edir. 10 faiz həcmində depozit götürən banklar aşağı faizlə kredit verə bilməz. Çünki bankın əmanət və digər xərcləri də var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password