Ermənilər azərbaycanlıların məzarlarını dağıdaraq əylənir – UNESCO niyə susur?

 

Sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus məzar daşlarını yük maşınları ilə dağıtmasına aid görüntülər geniş müzakirələrə səbəb olur. Görüntülərin harada çəkildiyi barədə dəqiq məlumat olmasa da, Teleqram kanallarında videonun Ermənistanın Basarkeçər bölgəsinin Qızılbulaq kənd qəbiristanlığında lentə alındığı qeyd edilir.

Bildirilir ki, həmin qəbristanlıq sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə endirdiyi aviazərbələr nəticəsində dağıdılmış hava hücumundan müdafiə bazasından 2,5 km məsafədə yerləşir.

Təbii ki, videonun harada çəkilməsinin o qədər də böyük əhəmiyyəti yoxdur. Fakt odur ki, görüntülərdə azərbaycanlılara məxsus qəbrlər yerlə-yeksan edilir. Ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı törətdiyi vandalizm aktlarını ifşa edən yüzlərlə belə video var.

Məqsəd nədir?

Rəsmi sənədlərlə sübut olunur ki, ermənilər bu tip dağıntıları Qarabağın işğal edildiyi ilk dövrlərdən həm bölgədə, həm də Ermənistan ərazisində rəsmi İrəvanın birbaşa göstərişi ilə həyata keçirib. Bu səbəbdən, indiyə qədər hansısa Ermənistan vətəndaşının Azərbaycan abidələrini dağıtdığı, tarixi-mədəni irsimizi silməyə çalışdığı üçün mühakimə edilməsi ilə bağlı fakta rast gəlmək mümkün deyil.

Ermənilərin dövlət səviyyəsində apardığı vandalizm siyasətinin əsas məqsədi isə Ermənistanda azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi silməkdir.

Son yayılan videodan isə bir daha aydın olur ki, azərbaycanlıların tarixi-mədəni irsinin dağıdılmasına dövlət səviyyəsində yaradılan şərait və formalaşdırılan cəzasızlıq mühiti ermənilərin bu tip addımları əyləncə vasitəsinə çevirməsi ilə nəticələnir.

Təbii ki, ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktı dövlət səviyyəsində aparıldığı üçün ölkədə cəzasızlıq mühitinin formalaşdırılması o qədər də təəccüblü deyil.

Əsas təəccübləndirici məqam ermənilərin Azərbaycana qarşı törətdiyi vandalizm aktlarına beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun susğunluğudur.

UNESCO-nun nə ilə məşğur olur?

Təşkilat əsasən 5 – təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiya proqramının icrası ilə məşğuldur.

Bundan başqa UNESCO bir sıra uzunmüddətli – insan və ətraf mühit, dünya irsi abidələrinin qorunması və qeyri-maddi mədəniyyətin – milli rəqs, musiqi və ayinlərin, festival və peşələrin mühafizəsi, habelə sənədli irsin (arxivlərin) qorunub saxlanması və bu sənədlərə çıxışın təmin edilməsi ilə bağlı layihələr həyata keçirir.

Göründüyü kimi UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin və mədəni irsin mühafizə edilməsidir. Amma təşkilat demək olar ki, tarixi mədəniyyət abidələrinin və mədəni irsin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmir. UNESCO-nun öz öhtəliklərinə məsuliyyətsizliyi təşkilatın Ermənistanın dağıtdığı Azərbaycan abidələrinə və tarixi irsinə qarşı göstərdiyi münasibətdən açıq şəkildə hiss olunur.

UNESCO erməni vandalizminə niyə səssiz qalır?

Azərbaycanın müvafiq orqanları – Xarici İşlər Nazirliyi və Ombudsman Aparatı həm işğal dövründə, həm də 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın Azərbaycanın tarixi, mədəni və dini irsini dağıtması ilə bağlı UNESCO-ya faktlar göndərib. Həmçinin rəsmi Bakı UNESCO-ya bölgəyə araşdırma missiyasının göndərilməsi barədə təkliflər versə də, təşkilat bütün çağırışları cavabsız qoyub və hazırda da susqunluğunu davam etdirir.

Görünən odur ki, başda UNESCO olmaqla, bir çox beynəlxalq təşkilat ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışır, Ermənistanın vandalizm aktlarını hüquqi müstəvidə araşdırılmasını istəmir. Çünki UNESCO və digər beynəlxalq təşkilatların vandalizm aktlarına hüquqi qiymət verməsi onların bir növ erməni cinayətlərini qəbul etməsi və Ermənistanın hüquqi baxımdan cinayətkar dövlət elan olunması ilə nəticələnəcək. Dünyadakı ermənipərəst dövlətlər və təşkilatlar isə Ermənistanın cinayətkar ölkə kimi təqdim olunmasında maraqlı deyil. Amma UNESCO erməni cinayətlərinə susmaqla beynəlxalq imicinə ciddi zərbə vurmuş olur.

Ermənilərin törətdiyi son vandalizm aktı isə UNESCO-nun bölgəyə Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin araşdırılması məqsədi ilə missiyanın göndərməsi məsələsini aktuallaşdırır. Əgər UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına yenə də göz yumsa, ermənilərin vandalizm aktlarına susmağa davam etsə, baş verənlərə hüquqi qiymət verməkdən yayınsa dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artacaq./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password