Moskvada zirzəmilər boşaldılır, bunkerlər hazırlanır – Nəyə hazırlıq gedir?

 

Ukrayna müharibəsi səbəbindən dünyada nüvə təhlükəsi artıb. Rusiya mediasının xəbərinə görə, Moskva meriyası paytaxtda bomba sığınacaqları hazırlayır. Moskvadakı bəzi ev sahiblərinə bununla bağlı artıq bildiriş göndərilib.

Məlumata görə, Moskva merinin müavini Pyotr Biryukovun rəhbərliyi ilə bir neçə gün əvvəl keçirilən müşavirədə belə qərar qəbul edilib. Bununla əlaqədar, şəhər rəhbərliyi bomba sığınacağı olan binaların zirzəmilərinin şəxsi əşyalardan boşaldılmasını xahiş edib, çünki onlar “mülki müdafiə obyektinin birbaşa təyinatına uyğunlaşdırılacaq”.

Bundan əlavə, Rusiyada bomba sığınacaqlarına tələbatın artdığı bildirilir. Qiymətlər müdafiənin necə etibarlı olmasından və bölgədən asılıdır. Bomba sığınacaqlarının qiyməti 150 min rubldan 10 milyon rubla qədər dəyişir. Elektron elan yerləşdirənlərdən biri bildirib ki, son iki həftə ərzində bomba sığınacağı üçün zənglərin sayı kəskin artıb. O, əlavə edib ki, insanların əksəriyyətini hələ ki, yalnız qiymətlər və içəridəki avadanlıqlarla maraqlanır, yalnız təxminən 30% bomba sığınacağı üçün sifariş verir.

Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin paytaxt hökumətindən seçiciləri üçün sığınacaqların ünvanlarını öyrənmək üçün sorğu göndərib.

“Dövlət təbliğatının və ayrı-ayrı deputatların vaxtaşırı xarici dövlətləri nüvə zərbələri ilə hədələməsi səbəbindən Moskvaya cavab zərbələri endirmə riskinin artdığı göz qabağındadır”, – Stupin sorğusunu belə izah edib.

Moskva meriyası isə dövlət sirrini əsas gətirərək bomba sığınacaqları ilə bağlı məlumatı açıqlamaqdan imtina edib.

Sorğuya cavabı Moskva merinin müavini Pyotr Biryukov imzalayıb. Sənəddə deyilir ki, bomba sığınacaqlarının ünvanları, onların sayı, sığınacaqda nə qədər insanları qəbul etməyə hazır olduqları barədə məlumatlar dövlət sirridir. “X saatda heç kimin hara gedəcəyini bilməyəcəyi zaman belə “məxfiliyin” nəyə səbəb ola biləcəyini təsəvvür etmək qorxuncdur” deyə, Stupin meriyanın izahına bu sözlərlə reaksiya verib.

Deputat həm obyektləri, həm də onların niyə məxfi saxlanıldığını öyrənmək üçün prokurorluğa sorğu göndərəcəyini vəd edib. Bildirilir ki, qeyri-rəsmi məlumata görə, fövqəladə hallarda moskvalıların qaça biləcəyi 400-dən çox bomba sığınacağı və bunker var.

Bu arada politoloq Yevgeni Satanovski deyib ki, rusiyalılar ən qorxunc ssenarilərə hazırlıqlı olmalıdır. Ümumilikdə o, gələcək hadisələrin dörd mümkün təhlükəli inkişafını qeyd edib: nüvə müharibəsi, Avropa ilə böyük müharibə, Rusiyanın dağılması və ya Putinin devrilməsi…

Buna baxmayaraq, o hesab edir ki, nüvə müharibəsi haqda narahat olmağa dəyməz. “Axı buna cavabdeh olanlardan başqa heç kimin bu təhlükəni önləmək şansı yoxdur” deyə, politoloq vurğulayıb./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password