Lavrov və Mirzoyan arasında şok mübahisə – “Özünü əsl satqın kimi aparır”
“Ermənistan rəhbərliyi özünü əsl satqın kimi aparır”.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Hazırda Avropa İttifaqının müşahidəçiləri Ermənistanın Azərbaycanla sərhədində, yəni Ermənistan ərazisində və Ermənistanın tələbi ilə mövqe tuturlar. Bəs niyə bu müşahidəçilər KTMT-dən yox, Avropa İttifaqındandır? Çünki Ermənistan KTMT-nin dönəm sədri kimi KTMT-dən belə müşahidə missiyasının yaradılması prosedurunu əngəlləyib. Bu məsələ ilə bağlı oktyabrın 13-də Astanada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı (Ararat Mirzoyan) arasında açıq-aşkar söz atışması baş verib.
Ermənistan rəhbərliyi özünü əsl satqın kimi aparır. İndi Rusiyadan qaçaraq, onun düşməni Fransaya üz tutmağa çalışır. Eyni zamanda, əminəm ki, Ermənistan həm KTMT-nin, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalacaq. Amma daxildə Rusiya, KTMT və Avrasiya İqtisadi Birliyinə hər cür ziyan vurmağa çalışacaq”, – ekspert bildirib./teleqraf.com