İspaniyada tələbə imtahan suallarının cavablarını 11 qələm üzərində yazıb – FOTO

 

Malaqa Universitetinin hüquq üzrə müəllimi Yolanda Le Luki sosial şəbəkədə imtahan zamanı tələbədən aldığı qələmlərin fotosunu yerləşdirib.

Gənc oğlan 11 qələm üzərində İspaniyanın cinayət-prosessual məcəlləsindən çıxarışları həkk edib.

Müəllim bildirib ki, bu qələmləri vaxtilə ona imtahan verməyə gələn tələbədən alıb. O, indiki tələbələrin belə zəhmətə alışmadıqlarını və yalnız “düymə basmaqla” yaşadıqlarını bildirib.

Professorun paylaşımı yüzminlərlə bəyənmə toplayıb və on minlərlə dəfə retvit edilərək populyarlaşıb.

Yolanda bu “sənətkarın” İspaniya hüququ üzrə imtahandan keçib-keçmədiyini deməyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password