İrəvan: Sülh sazişi bu tarixdə bağlana bilər

 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ilin sonuna qədər imzalana bilər.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Biz əsasən Ermənistan və Azərbaycana aid, həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı bir çox məsələləri müzakirə etdik. Dağlıq Qarabağla bağlı əsas müzakirə o oldu ki, biz necə orada yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmini üçün beynəlxalq mexanizm qura bilərik”, – Qriqoryan ABŞ Dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə baş tutan görüşlər haqda danışarkən bildirib.

Onun sözlərinə görə, görüşlərdə sülh sazişi ilə bağlı da fikir bölüşülüb:

“Yəni sülh sazişinin tezləşdirilməsi və ilin sonuna qədər bağlanması ilə bağlı müzakirələr aparıldı. Həmçinin delimitasiya məsələsi də gündəmdə oldu”.

O qeyd edib ki, sülh müqaviləsi və delimitasiya bir-biri ilə bağlıdır və ilin sonuna kimi delimitasiya prosesinin aparılması üçün razılıq var:

“Deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi başa çatıb. Qalır qarşılıqlı razılığa gəlmək ki, iki ölkə arasında sərhədlə bağlı görülən işləri əsas götürək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password