Krım körpüsü ermənilərin əli ilə partladılıb – Artıq həbs ediliblər

 

Oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışla əlaqədar həbs edilən şəxslərin adları açıqlanıb.

Rusiya mətbuatının yaydığı xəbərə görə, partlayıcı ilə dolu yük maşınını qəbul edib, göndərməkdə şübhəli bilinən şəxslər “Agro Business” şirkətinin əslən Ermənistanın Armavir rayonundan olan təsisçiləri – Samvel Azatyan, onun oğulları Georgi Azatyan və Artem Azatyan, həmçinin həmin şirkətdə fəhlə işləyən Yuri Postnikov artıq həbs ediliblər.

Vorovskogo küçəsində yerləşən şirkətin soya emalıyla məşğul olduğu, MMC-nin Georgi Azatyan və onun atası Samvelə məxsus olduğu vurğulanır. Ailənin kiçik oğlu Artyom isə hüquqşünasdır. O, məlum hadisələrdən bir neçə gün öncə atasına zəng edərək, ondan dostuna məxsus yükü daşımağı xahiş edib.

Georgi Azatyanın sözlərinə görə, atası bu barədə ona məlumat verməyib və o, yük maşını anbara daxil olarkən, bundan xəbardar olub.

“Mahir Yusubovun idarə etdiyi yük maşını anbara daxil olarkən, hadisədən xəbardar oldum. Əvvəlcədən aramızda heç bir şəxsi tanışlıq olmayıb. Yük maşınında heç bir yoxlama aparılmayıb sadəcə dövlət nömrə nişanına baxdıq”– deyə, Georgi bildirib.

Georginin iştirakı ilə yükləməni şirkətdə çalışan Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək həyata keçirib.

Artıq oktyabrın 8-də Rusiya xüsusi xidmət orqanları anbara baxış keçirib və təqsirləndirilən şəxslər dindirilib. Yurinin əlcəkləir və işçilərin telefonları müsadirə edilib. Oktyabrın 9-da istintaq çərçivəsində hamısı Simferopola aparılıb. Artyom Azatyanından oarada saxlıanldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub və körpünün bir hissəsi uçub. Rusiya tərəfəi hadisəni Ukrayna xüsusi xidmət orqanları tərəfdindən həyata keçirilən terror aktı adlandırıb. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password