AB Ermənistana 40 nəfərlik “missiya” göndərir
Bu gün AB-yə üzv ölkələrin Brüsseldəki səfirləri etimadın yaradılması və delimitasiyanın təşviqi məqsədilə Ermənistana mülki missiyanın göndərilməsi məsələsini müzakirə edib qərar verəcəklər.
Bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar söyləyib.
Klaar qeyd edib ki, missiyanın göndərilməsi barədə qərar Siyasət və Təhlükəsizlik Komitəsində üzv dövlətlər tərəfindən hələ ki qəbul edilməyib.
Qeyd edək ki, ötən həftə Praqada Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının rəhbəri arasında aparılan danışıqlar nəticəsində Ermənistana mülki missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mülki missiya yaxın həftələrdə iki aydan çox olmayan müddətə işə başlamalıdır.
Bildirilir ki, missiya böyük ehtimalla 40 nəfərdən ibarət olacaq.
***
Avropa İttifaqı ölkələri Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün Ermənistana mülki missiya göndərmək haqda razılığa gəliblər.
Bu barədə “Azadlıq radiosu”nun erməni xidməti məlumat yayıb.