9 noyabrda sülh sazişi – Nikol bu tarixə qarşı çıxıb?

 

Kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan ilin sonuna qədər sülh sazişinin imzalanmasını tələb edir.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Mənbəmizin məlumatına görə, məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında da müzakirə edilib. İddiaya görə, Prezident İlham Əliyev noyabrın 9-da sazişin imzalanmasını təklif edib. Paşinyan isə erməni xalqı üçün bu tarixin pis assosiasiya doğurduğunu bildirib. Nikolun sözlərinə əsasən, Ermənistan ictimaiyyəti güman edə bilər ki, sülh sazişi qarşımızda yeni qapılar açmaq əvəzinə, ikinci kapitulyasiyadır”, – deyə məlumatda qeyd edilib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password