Xankəndi qarışdı: Bakı üçün şans yarandı
Xankəndi qarışıb: bir qrup erməni Prezident İlham Əliyevin “Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır və bunu qəbul etməyənlər başqa yaşayış yeri seçə bilərlər” bəyanatına etiraz edir, baş separatçı Araikdən hesabat tələb edir.
Bu aksiya motiv olaraq Qarabağdakı separatçı rejimə qarşı olan qüvvələrin “hakimiyyəti ələ keçirmək” üçün fürsətdən istifadə etməsi kimi görünür və proseslərin sonrakı inkişafında (Əliyevin bəyanatının praktiki mərhələdə həyata keçməsi imkanları artıqca) silahlı qarşıdurmaya da keçməsi istisna deyil. Xankəndidəki “daxili xaos” Bakının müdaxilə imkanlarını artıra bilər.
Lakin aksiya nəticə olaraq Ermənistanın və separatçı rejimin planı kimi də görünür: Praqa görüşü və İlham Əliyevin bəyanatından sonra separatçı rejimin “təmsilçiləri” “öz müqəddəratını təyin etmə” haqda kampaniyaya başlayıb və belə bir aksiya ilə beynəlxalq ictimaiyyətə “ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq istəmir” arqumentini təqdim edirlər; “arsax müstəqil”, “Kosova olmağı tələb edirik”, “Minsk qrupu alternativsizdir” və s. şüarları da bu fikri gücləndirir.
Bakının müdaxiləsinə ehtiyac var. Xankəndiyə hərbi müdaxilə hələ ki mümkün görünmür, bu baxımdan, humanitar-psixoloji təzyiq artırıla bilər. Bununla yanaşı, atıla biləcək addımlardan biri də qeyri-formal əlaqələr qurulan erməni əhalisinin nümayəndələrindən aksiyanı təşkil edənlərin neytrallaşdırılmasını tələb etməkdir. Hadisələrin inkişafı proseslərə bu və ya digər formada müdaxilə zərurətini daha da artıracaq./axar.az