Göyçay Məhkəməsinin sədrindən şikayət var – İbrahim Fəttayev insanları dövlətdən,hakimiyyətdən incik salır!

 

Son dövrlər Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının yenilənməsinə hesablanan islahatların bir qolu kimi də məhkəmə-hüquq sistemindəki dəyişikliklər göstərilir.
Təbii ki, bu addımlar təqdirəlayiqdir və indiyə qədər Azərbaycanda idarəçiliyin ən çox “axsadığı”  qurumlardan biri, öz fəaliyyətilə cəmiyyətin bütün istiqamətlərdə inkişafını ləngidən və nəhayət ki, qaydaya salınmalı olan sahə məhz məhkəmə-hüquq sistemidir. Elan olunan islahatların bu sahədə uğur qazanacağına isə ümid edənlər də var, buna pessimist yanaşanlar da.
Hakim ədalətsiz qərar çıxararsa…
İllərin təcrübəsi göstərir ki, Azərbaycanda bir zamanlar “toxunulmazlar kastası”na aid olanlar sırasında icra hakimiyyəti başçıları ilə yanaşı hakimlər də yer alıb. Bu sahədə çoxsaylı korrupsiya, rüşvətxorluq faktlarının mövcud olmasına baxmayaraq, olduqca nadir hallarda hansısa hakimin cəzalandırılması və xüsusilə həbsi faktına rast gəlmək olar. Hansı ki, sıravi Azərbaycan vətəndaşının, yaxud sahibkarın ən çox narazı qaldığı vəzifəli şəxslər sırasında məhz ədalətsiz, kimin pulu-gücü çoxdursa onun xeyrinə, sifarişlə qərarlar çıxaran hakimlər xüsusi yer tutub. Bu ədalətsiz qərarlar çoxlu sayda vətəndaşın mülkündən, ev-eşiyindən, biznesindən məhrum olmasına, hətta həbsinə, eləcə də ölkədə qeyri-şəffaf, rəqabətdən uzaq, eybəcər bir biznes mühitinin yaranmasına xidmət edib. Statistika göstərir ki, Azərbaycanda ilkin instansiya məhkəmələrinin çıxardıqları qərarların olduqca böyük hissəsindən, az qala hamısından apellyasiya şikayəti verilir. Bunun özü Azərbaycan məhkəmələrinin və hakimlərinin “faydalı iş əmsalı”nın bariz göstəricisidir.
Lakin bu o demək deyil ki, vətəndaş bu ədalətsizliklərə müqavimət göstərməyib, şikayət etməyib. Əlbəttə ki, edib.Ancaq hakimlər və məhkəmələr “alınmaz qala” olduqlarından bu şikayətlər həmin qalanın divarlarına dəyərək, geri qayıdıb. Hansı ki, AR Cinayət Məcəlləsində haklimlərin çıxardıqları ədalətsiz qərarlara görə cinayət məsuliyyətinə dair xüsusi maddə var – 295-ci maddə. Lakin Azərbaycanda faktiki olaraq, bu maddə işləmir və sözün əsl mənasında “ölü maddə”yə çevrilib. Həmin maddədə deyilir: “Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Göyçayda İbrahim Fəttayev kabusu dolaşmaqdadır…  

Ədalətsiz məhkəmə qərarı ilə üzləşənlərdən biri də Göyçay rayon Mirzəhüseynli kənd  sakini Əhmədov Habil Yaqub oğludur.
“AzerTaym.az”-ın redaksiyasına müraciət edən şikayətçi məruz qaldığı,başına açılan olmazın hüquqpozmalarından, məhkəmə ədalətsizliyindən bəhs etmiş, probleminin ictimalişədirilməsini xahiş etmişdir.

İcra başçımız mənə “get, dilən” deyir..." - Göyçaydan Şikayət » Gundelik-Baku.Com

H.Əhmədovun qənaətincə, ona qarşı olan haqsızlıqlara qanuni don geydirən şəxs ilk başdan məhz Göyçay Rayon Məhkəməsinin Sədri İbrahim Fəttayev olmuşdur.Beləki o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdiyi qanunsuz,qərəzli,əsassız qərarlar səbəbindən dövlət qanunları açıq-aşkar pozulmuş və nəticədə ona külli miqdarda ziyan dəymiş,əmlakı vandalcasına tarı-mar olmuş,konstitusiya ilə qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur…

Məhkəmə sədri yerli fermerin torpağında başqalarının qanunsuz müdaxiləsini necə “qanuniləşdirdi…”

Şikayətçi Habil Əhmədov yazır ki,-Mən, 2006-cı ildə doğulub boya başa çatdığım,dədə-baba qəbirsanlığımızın yerləşdiyi doğma MirzəHüseynli kəndimizdə yerli bələdiyyəyə mürüciət edib xırda fermer təsərrüffatı ilə məşğul olmaq üçün 50 illiyə 1 hektar torpaq sahəsi icarə götürdüm.Əlimdə bələdiyyənin qanuni icarə müqaviləsi ola-ola,mülkiyyətimdə olan torpağın bütün vergi və digər  kommunal rüsumlarını vaxtlı-vaxtında ödədiyim halda,2019-cu ildə çıxarılış üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən imtina cavabı aldım.Səbəbini araşdırdıqda məlum oldu ki,bələdiyyənin verdiyi torpaq müqaviləsinin əsli,kökü yoxdur və onlarda bu barədə məlumat yoxdur.Qeyd edim ki,həmin sözügedən və mənə məxsus olan 1 hektar torpaq sahəsi,ümumilikdə Mirzəhüseynli kənd camaatının 6 hektarlıq ərazini əhatə edən yeganə ümumi örüş sahəsinə aiddir.Yəni,ancaq sırf həmin kəndin yerli camaatından kimsə orda torpağın istifadəsi ilə məşğul ola bilər ki,mənim də buna tam hüqum çatır.Çıxarılışla bağlı biraz da dərindən araşdırdıqda məlum oldu ki,Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin o vaxtkı rəisi Nizami Qasımov(Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin adı o vaxt belə gedirdi-red.) Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin (Ərəbcəbirli bələdiyyəsi 1-ci Ərəbcəbirli, 2-ci Ərəbcəbirli, Şəhadət Qarabağlar və Mirzəhüseynli kəndlərini əhatə edir – red.) sədri Səyyaf Səmədovla əlbir olub, korrupsiya şəbəkəsi yaradıb kənd sakinlərinə məxsus toxunulmaz ümumi örüş sahəsini kəndə aidiyyatı olmayan şəxsə satıblar. Belə ki, həmin ümumi örüş sahəsinin təyinatını dəyişdiriblər.Elə o vaxt Bələdiyyə sədri Səyyaf Səmədov mənə pul təklif etdi ki, “sənə pul verim, həmin torpaqdan çıx”. Mən buna razı olmadıqda bələdiyyə sədri Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımovla əlbir olub, qanunsuz olaraq ümumi örüş torpaq sahəsinin təyinatını dəyişdirdilər. Halbuki, bələdiyyə sədri Səyyaf Səmədov 02 dekabr 2019-cu il tarixdə mənə göndərdiyi məktubunda qeyd etmişdi ki, Hüseynov Habil Yaqub oğluna icarəyə verilmiş 1.0 ha torpaq sahəsinə dair ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almasına etiraz etmirik. Sonradan mənə məlum olub ki, bələdiyyə sədri mənim qanunu qaydada icarəmdə olan torpaqda daxil olmaqla həmin sözügedən 6 hektar ümumi örüş sahəsinə ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almışdır.Məqsəd isə, yuxarıda qeyd edilən kimi, mənim icarəmdə olan 1.0 hektar torpaq sahəsi də daxil olmaqla 6 ha ümumi örüş sahəsini küllü miqdarda pulun müqabilində özünü o vaxt ki,Göyçay rayon prokuroru Muxtar Eminovun qohumu kimi təqdim edən Məhi Nuriyev adlı kənd sakini olmayan imkanlı şəxsə vermək olub. Hətta Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin o vaxtkı rəisi Nizami Qasımov bu qanunsuzluğun həyata keçirilməsinə canfəşanlıq göstərib vəzifə saxtakarlığına yol vermişdir. Həmin 6 hektar ümumi örüş sahəsinə çıxarış verilən zaman müayinə aktı da saxtakarlıqla tərib edilmişdir. Çünki həmin 6 hektar örüş sahəsinin 1 hektarının üzərində bizə məxsus mal-qara saxlamaq üçün taxtadan və qarğıdan quraşdırılmış tövlə var idi. Əgər ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsinin əməkdaşları həmin torpağın üzərinə baxış keçirib müayinə aktı tərtib etsəydilər, həmin tövləni görməli idilər.

Rayon Məhkəməsinin sədri İbrahim Fəttahovun bu işdə marağı nədir?!

Bütün bu məsələləri isə Məhi Nuriyevin göstərişi ilə hərəkət edən digər fermer Xıdır Vəkilovun H.Əhmədovun sözügedən ərazidə inşa etdiyi tövlənin sökülməsi və ərazidən kənarlaşdırılması tələbini ehtiva edən iddiasını “gözüyumulu” təmin etmiş Göyçay rayon məhkəməsinin sədri İbrahim Fəttahov obyektiv araşdırmalı idi. Amma hakim İ.Fəttayev iddiaçı X.Vəkilovun sanki vəkili kimi çıxış edərək, H.Əhmədovun guya bələdiyyə ilə müqaviləsinin “kökü yoxdur” deyə onun əleyhinə ədalətsiz qərar çıxarmışdır. H.Əhmədov xatırlayır ki, həmin məhkəmənin bildirişi məhkəmə baş tutandan üç gün sonra ona gəlib çıxıb. Hakim Fəttayev faktiki olaraq cavabdeh tərəfdən xəlvət qərar çıxarıb, ədalətli məhkəmə çəkişməsinə şərait yaratmayıb. Halbuki, Əhmədovla müqaviləni imzalayan şəxslər sağdırlar, onların dindirilməsi təmin edilməliydi.

Beləliklə, İ.Fəttayevin rəvac verdiyi ilk əyinti növbəti məhkəmə instansiyalarında (Apellyasiya və Ali Məhkəmələr) da öz mənfi rolunu oynamış, son nəticədə X.Vəkilovun lehinə yekun qətnamə qəbul edilmişdir.İndi isə Mirzəhüseynli kənd camaatının örüş yerini əlindən saxtakarlıqla alıb, bir nəfər imkanlı şəxsin icarəsinə vermək istəyirlər. Hətta həmin şəxs örüş yerini o vaxtlar gecə teknika ilə şumlatmaq istəsə də, qarşısı əhali tərəfindən alınmışdı.Bildirirəm ki, Vaxtilə Nizami Qasımovun və Səyyaf Səmədovun,bu gün də rayon məhkəməsinin sədri İbrahim Fəttahovun şəxsi, maddi maraqlarına görə kənd sakinlərinin mal-qarası aclıqdan tələf olacaq. Bir daha qeyd edirəm ki, həmin 6.0 hektar torpaq sahəsi elat yeridir ki, yayladan qışlağa gedən qoyun sürüləri oradan istıfadə edirlər.

H.Əhmədov məlumat verib ki, hazırda X.Vəkilov sözügedən ərazidə bağ salıb və gələcəkdə də bağ sahələrini genişləmdirmək üçün ətrafdakı örüş sahələrini mənimsəmək istəyir ki,bu bizim – yerli sakinlərin orada mal-qara otarmasına mane olur.

İşbazlar öz çirkin niyyətlərini həyata keçirmək üçün vaxtilə Əhmədovun heyvanlarının oğurlanmasını da təşkil ediblərmiş. Əhmədovun 85 baş qoyununun oğurluğu işində şübhəli bilinən 7  nəfərdən 6-sı (o cümlədən, Məhi Nuriyev) aradan çıxarılmış, məsuliyyət yalnız bir nəfər fağır çobanın boynuna qoyulmuşdur. Qəribədir ki, M.Nuriyev H. Əhmədovun qoyunlarının pulunu ödəmiş, bununla belə özünün “haqsız olaraq ona qarşı oğurluq ittihamı irəıli sürülərək şərəf və ləyaqəti alçaldığına görə” H. Əhmədovdan məhkəmə qaydasında 15000 manat təzminat tələb etmişdir. Əhmədova qarşı edilən əvvəlki haqsızlıqlar azmış kimi, hakim Fəttayev Məhi Nuriyevin iddiasını qismən təmin edərək, Əhmədovdan 2.000 manat təzminat alınaraq Nuriyevə verilməsi barədə qətnamə çıxarmış, hətta onun maşınına da həbs qoydurmuşdur.

Və nəhayət “xalq hakimi”nin qərəzdən doğan,əsassız qərarının icrası necə “təmin olundu…

Habil Əhmədov qeyd edir ki,bu ilin sentyabrın əvvəlində Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurahmanovun və icra məmuru Tərlan Əhmədzadənin imzası ilə qanunu icarəmdə olan 1 hektar torpağın 20 sotundan çıxarılmağım haqqında bildiriş saat 10-da poçt vasitəsilə bildirilsə də,başda icra məmuru Tərlan Əhmədzadə və dəstəsi tələm tələsik sanki kiminsə qabağında təcili öhdəlik götürən qurum tək, qarşı tərəfin vəkili,qəyyumu kimi traktor,bulduzerlə vandalcasına şəxsi əmlakımi,təsərrüfatımı yerlə-yeksan elədilər.

H.Əhmədovun vəkili Məhəmməd Məmmədovun sözlərinə görə,hakim İbrahim Fəttahov tərəfindən çıxarılmış əsassız,qərəzli qətnamədə H.Əhmədovun sözü gedən 1 hektarın 20 sotunda inşa etdiyi tikilinin konkret yeri göstərilmədiyinə, həmçinin Habilin müvəqqəti istifadəsində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmadığına görə, qətnamənin icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qeyri mümkün idi.Hüquqşünasın fikrincə, tələbkar Xıdırov da Əhmədov kimi fermerdir və onun bu məsələdə iddia qaldırmaq üçün heç bir üstün subyektiv hüququ yox idi, buna baxmayaraq, məhkəmə onun iddiasını icraata qəbul etmişdi.Üç ay icrasına müxtəlif yollarla “hüquqi don geyindirməyə çalışılan” və uzun get gəldən sonra,bu əsassız,absurd məhkəmə qərarını sonra nəhayət hakim İ.Fəttahov yay məzuniyyətindən gələn kimi nə yolla olur olsun İcra Probasiya şöbəsinə  icrasını tələsik təmin etdirdi.Bütün bu hallarla bağlı hakimin və icra probasiya rəisi,icra məmurunun qanunsuz əməllərilə bağlı Ölkə Prezidentinə,Birinci Vitseprezidentə,Ali Məhkəmənin Sədrinə,Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasına müraciətlərimizi etmişik.Heç bir məhkəmə hakiminin,eləcə də icra probasiya məmurunun vətəndaşla belə davranmağa haqqı yoxdur. Hakim verdiyi qərarı Azərbaycan dövlətinin adından çıxarır.Azərbaycan dövlətinin adından qərəzli qərar çıxararaq,vətəndaşları dövlətdən incik salmaq olmaz.

Və hələlik SONU görünməyən bu yazının axarında bir neçə SÖZARDI…

Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl ədalət prinsiplərindən biridir. Məhkəmələrin,hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır.Bəhs etdiyimiz bu məsələdə isə qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar.Ölkənin bir çox məhkəmə, ədliyyə və hüquq-mühafizə orqanlarında neçə-neçə dövlət məmuru tərəfindən qanunlar açıq-aşkar və kobudcasına pozulur. Sanki bu dövlət məmurları öz işlərini qanunlarla, vəzifə təlimatları ilə deyil,hansısa qərəzdən,şəxsi ədavətdən,münasibətdə olduqları “iri buynuzlu dövlət məmurlarının sifarişi ilə sadə vətəndaşa,kəndliyə rəiyyətə qənim kəsilməklə görürlər.Bu gün 3 ildir ki,məhkəmə qapılarında qalan və illərlə dişlə-dırnaqla topladığı təsərrüffatı məmur özbaşınalığ səbəbindən darmadağın olunan Habil Əhmədov kimiləri yüzlərlədir. Görünən budur ki, bunca sadə insanları öz dövlətindən,hakimiyyətindən incik salan belə yarıtmaz məmurlara nə dövlətçilik, nə də dövlət başçısının sosial rifaha yönələn siyasəti əsas deyil,onlar üçün əsas olan öz şəxsi maraqlarıdır.

Son olaraq,əldə etdiyimiz məlumata görə hakim İbrahim Fəttayev bu ay təqaüdə çıxmaq ərəfəsindədir. Hesab edirik ki,belə bir ədalətsiz hakimin öz karyerasını guya “qüsursuz” başa vurması, ömrünün qalan hissəsini də imicinə xələl gətirdiyi dövlətin Habil Əhmədov kimi onlarla,yüzlərlə vətəndaşlarının ödədiyi vergidən formalaşan büdcəsindən yüksək məbləğli pensiya almaqla rahat yaşaması absurddur.

Fikrət Məmmədov və Ramiz Rzayev istefa verməlidirlər!” - ÇAĞIRIŞ » GundemXeber İnformasiya Portalı

Və ümid eririk ki,Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov,belə hakim və icra məmurlarının “öz fəaliyyətinə” göz yummaqla,onların sayəsində insanların  dövlətə olan sarsılmış inam və etimadını bərpa edəcəklər…

P.S. MÖVZUYA QAYIDACAĞIQ….

“AzerTaym.az”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password