Səudiyyə Ərəbistanından iddialara cavab: “Benzinin qiyməti bizə görə qalxmır”

 

“ABŞ-da benzinin qiyməti Səudiyyə Ərəbistanının təqsirinə görə deyil, Birləşmiş Ştatların özündə neft emalı zavodlarının olmaması səbəbindən qalxır”.

Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr OPEC+ təşkilatının neft hasilatını azaltmaq qərarına görə ABŞ-ın narazılıqlarını cavablandırarkən bəyan edib.

“Sizin emal çatışmazlığınız var, çünki onilliklər ərzində neft emalı zavodları inşa etməyibsiniz”, – deyə nazir izah edib.

Adel əl-Cubeyr həmçinin Səudiyyə Ərəbistanının Vaşinqtona zərər vermək məqsədində olmadığını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Merilend ştatında “Volvo Group”un zavodunda bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanının fəaliyyətləri səbəbindən ABŞ-da benzinin qiyməti qalxır.

“Mən benzinin qiymətini (qallon üçün) 1,6 dollardan da aşağı sala bildim, lakin Rusiya və Səudiyyə Ərəbistanının indicə etdiklərinə görə qiymət yavaş-yavaş qalxır. Reseptli dərmanların, səhiyyənin və enerjinin qiymətləri artacaq”, – deyə Bayden xəbərdarlıq edib.

Xatırladaq ki, OPEC+ oktyabrın 5-də noyabr ayından neft hasilatını gündəlik iki milyon barel azaltmağa razılaşıb.

Mənbə: Fox News

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password