Paşinyanın qərarı Rusiyanı hövsələdən çıxarır: Azərbaycan fürsətdən yararlanacaq

 

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada baş tutan dördtərəfli görüşün nəticəsi Moskva-İrəvan xəttində gərginliyi yüksəldə bilər.

Əliyev Ermənistanla gərginliyin azaldılması üçün seçdiyi formulda Rusiyaya əks qütbdə dayanan qüvvələrin sərhədin Azərbaycan tərəfinə yerləşdirilməsinə razılıq vermədi. İlham Əliyev sadəcə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edərək İrəvan və ona havadar çıxan ABŞ və Fransa koalisiyasına qarşı mübarizəni Praqada da nümayiş etdirdi.

Paşinyan isə Avropa İttifaqı missiyasının öz ölkəsinin Azərbaycanla sərhəd zolağına gəlişinə “hə” dedi, bu, Rusiyanın Ukraynada apardığı müharibədə məruz qaldığı uğursuzluqlardan dolayı qəzəbini İrəvanın üzərinə tökməsinə səbəblər yarada bilər. Ona görə yox ki, Avropa İttifaqı Rusiya üçün əsaslı əsəb mənbəyidir, ona görə ki, ABŞ və Britaniya İttifaqın sərhəddəki fəaliyyətini öz maraqlarına calaq edib Moskvaya qarşı yeni cəbhə aça bilər.

İrəvanın son zamanlar Rusiyaya qarşı kartları açıq oynaması, Kremlin sinirlərini gərə bilər və Ermənistan növbəti cəza dalğası, əzilmək təhlükəsi ilə üzləşə bilər.

Kreml Paşinyanın hiyləgər oyunlarından zinhara gəlib, hərçənd ki, Ermənistan ABŞ və Fransanın kölgəsində gizlənməklə ona dəyə biləcək zərbələrdən müvəqqəti də olsa yayındığını düşünür.

Hazırda Qərblə Rusiyanın Cənubi Qafqazdakı çəkişməsinin bir səbəbi də reallaşması gözlənilən Zəngəzur dəhlizinə görədir, tərəflər özlərinin maraqlarının rəqib əlinə düşməməsinə çalışırlar.

Paşinyan isə daha çox ABŞ-ın dəhlizə nəzarətdə dominant mövqelərə yiyələnməsini şərtləndirən siyasət yürüdür ki, bu da Moskvanın hiddət dərəcəsini çoxaldacaq.

Bundan başqa, Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını öz çətiri altında reallaşdırmaq istəyir, İrəvan isə Zəngəzur dəhlizinə nəzarət kontekstində delimitasiya iplərini Qərbə təqdim edir.

Paşinyanın vurnuxmaları Ermənistanı Rusiyanın daimi forpostuna çevirmək risklərini artıracaq. İrəvanın Qərbin ipindən yapışması regionda Ermənistana münasibətdə Rusiya mərkəzli gərginliyi artıra bilər.

Azərbaycan vəziyyətdən yararlanaraq delimitasiyaya dair XIX əsr xəritələrini Ermənistana qəbul etdirmək üçün fürsətlərdən yararlanmağa çalışacaq. /oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password