ABŞ-dan Edillidəki kütləvi məzarlıqla bağlı açıqlama

 

Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən deyib.

“Biz bu uzunmüddətli münaqişəsinin səbəb olduğu insan itkilərindən sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib”, – ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib.

“Təqsirkarlar cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır”, – Vedant Patel vurğulayıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ “həqiqət və barışıq”ın təşviqi üzrə beynəlxalq səyləri dəstəkləməkdə davam edir və bu proseslərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyini hesab edir.

Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozub.

2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

Sentyabrın 14-30-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş daha bir kütləvi məzarlıqda 18 nəfərin qalıqları tapılıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password