Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
Artıq fərmanlar hüquqi məlumatların internet portalında yerləşdirilib.
Daha əvvəl Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.